Təlim və inkişafın qarşılıqlı münaibəti
problemi yalnız metodoloji deyil, həm də praktik psixoloji, pedoqoji və sosial
problemlərdir.Onun düzgün müəyyənləşdirilməsindən təlim və tərbiyə işinin
məzmunu, metod və formaları əhəmiyyətli şəklidə asılıdır .“Təlim” anlayışı
hazır biliklərin müəllim
dən şagirdə ötürülməsi, öyrədilənlərlə öyrədən
arasında qarşılıqlı münasibətlər,pedaqoji
proses vasitəsilə öyrədilənlərə elmi bilik, bacarıq və vərdişlərin, fəaliyyət
üsullarının mənimsədilməsi
nin yollarını nəzərdə tutur.Bu proses şagirdlərin
daxili və xarici fəallığının
stimullaşdırılması və idarə olunmasına, nəticədə bəşəri təcrübənin
mənimsədilməsinə yönəldilmişdir.Təlimin inkişafa təsiri dedikdə, bir birilə sıx
bağlı olan iki müxtəlif hadisələr kateqoriyası başa düşülür: xüsusi bioloji,
yəni beynin üzvi yetişməsi, onun anatomik-bioloji strukturlarının formalaşmasının
müəyyən inkişaf dinamikası və müəyyən səviyyədə əqli
Əqli inkişaf beyin
strukturunun bioloji yetkinliyi ilə birbaşa
olaraq əlaqədardır.Pedoqoji prosesdə, uşaqların təlimi, tərbiyəsi və
inkişafında bu cəhətin nəzərə alınması olduqca vacibdir.Müasir pedoqogika və
psixologiya elmlərində təlimlə inkişafın qarşılıqlı münasibətinin
aydınlaşdırılması istiqamətində üç nöqteyi- nəzər ondan ibarətdir ki, təlim və
inkişaf bir birindən asılı olmayan 2 müstəqil prosesdir.Təlim beynin yetişməsi
üzərində qurulur, təlim inkişaf prosesində təzahür edən imkanların sırf
şəkildə zahiri görüntüsüdür.Alman alimi Ştern yazırdı, inkişaf təlimin
arxasınca gedir və ona uyğunlaşır, əqli yetişmə prosesinə müdaxilə etmək, ona
mane olmaq lazım deyil, beynin təlim üçün yetişməsinədək səbrlə, passiv şəkildə
gözləmək lazımdır.Psixoloq Piaje deyirdi, əqli nikişaf öz daxili qanunları üzrə
gedir, təlim bu prosesi əhəmiyyətsiz dərəcədə sürətləndirə və ya ləngidə
bilər.Nə qədərki uşaqda məntiq təfəkkür formalaşmamışdır, ona məntiqi düşünməyi
öyrətmək ağıla sığmazdır.Təlim və inkişafın qarşılıqlı münasibətləri haqqında
nöqteyi nəzəri təlimlə inkişafı qarışdırır və ya eyniləşdirir. Təlim inkişafın ardınca addımbaadım gedə
bilməz, o inkişafın önündə gedərək ona yenilik gətirə bilər.Psixoloq Viqatski
şəxsiyyətin inkişafında iki səviyyəni fərqləndirdi: I aktual inkişaf
zonası olub, uşağın hazırlığının faktiki vəziyyətini əks etdirir.Bu səviyyə
uşağın tam sərbəst olaraq yerinə yetirdiyi tapşırıqla səviyyələnir.II daha
yüksək səviyyəni isə o, yaxın inkişaf zonası adlandırmışdır.Bu səviyyə 1-dən
fərqli olaraq, uşağın müstəqil deyil, yaşlıların müəyyən qədər köməyilə verilən
tapşırığı yerinə yetirməsi imkanlarını xarakterizə edir.Viqatski qeyd edir ki,
uşaq bu cür yaşlıların köməyilə yerinə yetirdiklərini, sabah müstəqil olaraq
yerinə yetirəcək.Yaxın inkişaf zonasına daxil olan, təlim prosesində aktual
inkişaf zonasına keçir.Beləliklə, şəxsiyyətin inkişafı bütün istiqamətlərdə
gedir.Psixologiya elmində şəxsiyyətin təlimi və inkişafının dialektik
qarşılıqlı əlaqələri haqqında Viqatski tərəfindən irəli sürülən konsepsiya daha
geniş yayılmaqla, bir çox dünya psixoloqları tərəfindən qəbul edilir və burada
aparıcı rol təlimə verilir.Təlim və inkişaf bir birilə sıx bağlıdır, təlim və
inkişaf paralel şəkildə cərəyan edən 2 proses deyil, onlar vəhdət təşkil
edir.Təlimdən kənarda şəxsiyyətin hərtərəfli inkişafı mümkün deyil, təlim
inkişafı stimullaşdırır, onu arxasınca aparır və bu prosesdə inkişafa istinad
edir.Təlimdə inkişaf, xüsusilə də əqli inkişaf, təlim prosesinin təşkili, bu
prosesdə əldə edilən biliklərin xarakterilə müəyyən edilir.Biliklərin
sistematik və ardıcıl olması, özünün kifayət qədər ümumiləşmə səviyyəsilə
fərqləndiriliməlidir.təlim öz təşkili mahiyyəti etıbarilə problemli və dioloq
əsasında qurulmalı, şagirdə öz subyektiv mövqeyini bildirmək imkanı
verilməlidir.Təlimdə şəxsiyyətin inkişafı 3 əsas defaktorda 1.Şagirdlərin öz
təcrübələri ümumiləşdirilməsi; 2.Ünsiyyət prosesində anlama; 3.Şəxsiyyətin
inkişafı prosesi mərhələrin özünün gözlənilməsi ilə müəyən edilir.Təlim zamanı
şagirdlər qarşıya çıxan çətinlikləri aradan qaldırmaq üçün iradi səy göstərir,
diqqətlərini təlim fəaliyyətinə yönəltməyə nail olurlar.Hər bir şəxs yaxşı
bilir ki, oynayan uşaq, oxuyan məktəbli, yaradıcı bəstəkar və ya alim, işləyə
fəhlə və.s üçün uğurlu fəaliyyətin əsasında yaxşı təşkil olunmuş diqqəti
dayanır.Təlimdə də diqqət etibarlı qarantdır.Uşinski yazırdı ki, diqqət
şüurumuzun elə bir qapısıdır ki, beynimizə daxil olan bütün məlumatlar məhz bu
qapıdan keçir.Təlim şagirdin diqqətinə yeni tələblər verir: onun ixtiyarlılığı
təmin olunur, təkmilləşir və o idarə olunan və tənzimlənən bir prosesə
çevrilir.Dərsdə şagirdlərin diqqətsizliyinin səbəbləri fənnə qarşı marağın
olmaması müəllimin aydın olmayan quru və cansıxıcı şərhi, onların yorğunluğu
ilə bağlı olur.Dərs prosesində şagirdlərin diqqətini “oyaq” saxlamaq, onun
məhsuldarlığını təmin etmək üçün müxtəlif üsullardan istifadə etməklə dərsləri
dinamik təşkil etmək, kənar qıcıqlandırmalı aradan qaldırmaq fəaliyyət növlərini
bir biri ilə əvəz etmək lazım gəlir.Bu cəhətdən məktəb təcrübəsində son illər
genişlənməkdə olan təlim və interaktiv təlim metodlarından istifadə etmək
faydalıdır.Dərsdə şagirdin fəaliyyəti əhəmiyyətli şəkildə təlim işinin
tempindən asılıdır.Müəllim dərs dediyi sinfin səviyyəsinə şagirdlərin
şagirdlərin real mənimsəmə imkanlarına əsaslanaraq hər bir sinif üçün optimal
iş tempi seçməlidir.müəllim bəzən sakit uşağa üstünlük verir.Belə şagird cismən
sinifdə olsalar da ruhən, öz diqqətlərinin yönəlişi baxımından sinifdən kənarda
olurlar.Təlim maraqları şagirdin dərin, həqiqi hisslərində emosional baxımdan
əks olunur.
Mükəmməl məlumatdı
YanıtlaSil