Bu Blogda Ara

reklam4

12 Temmuz 2016 Salı

Yaş psixologiyasının predmeti, məqsədi və vəzifələr

       Yaş psixologiyasının tərkib hissəsi olan uşaq psixologiyası uşağın psixi inkişafının xüsusiyyətlərini öyrənir.Uşaqlıq dövrü insanın şəxsiyyət kimi təşəkkülünün, sosial dəyərləri mənimsənilməsinin məhsuldar dövrüdür.Dilindən, dinindən, irqindən və milli etnik xüsusiyyətlərindən asılı olmayaraq, bütün uşaqlarda eyni qanunauyğunluqlar əsasında inkişaf edir.Bütün uşaqlar öz inkişafında çağalıq, körpəlik, məktəbəqədər uşaqlıq, kiçik məktəb yaşı,yeniyetməlik və erkən gənclik kimi mərhələrdən keçir: onların hamısında inkişaf böhranlı və sabit olmaqla 2 əsas cəhətlə xarakterizə olunur.
        Psixologiya elmi XXI əsrin elmi kimi səciyyələndirilən geniş, şaxələnmiş biliklər sisteminə çevrilmişdir.Bu elmin 100-ə yaxın sahəsi mövcuddur və müstəqil bilik sahəsinə çevrilməkdədir.Yaş psixologiyasının tərkibində insanın ontonogenizdə psixi inkişafının dinamikasını və qanunauyğunluqları öyrənən bir sıra bölməlidir: uşaq psixologiyası, yeniyetmənin psixologiyası,gəncliyin psixologiyası, yaşlı adamın psixologiyası və qocalıq dövrünün psixologiyası xüsusi olaraq fərqəndirilir.
       Yaş psixologiyasının xüsusi sahələrindən biri kimi uşaq psixologiyası ontogenezdə uşağın psixi inkişafının faktlarını, qanunauyğunluqlarını, dinamikasını və spesifik xüsusiyyətlərini öyrənir.Uşaq psixologiyasının tədqiqat obyektini uşaqlar təşkil edir.
       Uşağın orqanizmini özünün fiziki, fizioloji və morfoloji əlamətlərinə görə yaşlı adamın orqanizmindən fərqləndiyi kimi, onun psixası da yaşlıların pxikasından köklü surətdə 
fərqlənir.Uşağın fiziki inkişafı kimi, onun psixi inkişafının faktları və təzahürləri də yaşlıların diqqət mərkəzində olmaqla onlarda böyük sevinc və maraq doğurur.
    Uşağın fəallığı yeni olan hər şeyə marağı, rəftar və davranışındakı təkrarsızlıqlar, müstəqillik meyli, müşahidəçiliyi, nitqə yiyələnməsi, yaşlılarla qarşılıqlı əlaqə üsulları, hissi, hərəki və emosional həyatında günbəgün müşahidə olunan dəyişikliklər onun psixi inkişafına aid edilən faktlardır.Uşağın ən məxsusi xüsusiyyəti bioloji varlıq, fərd səviyyəsindən sosial varlıq şəxsiyyət səviyyəsinə doğru inkişaf edir.
    Fərdin inkişafının irsiyyət və mühitlə, təbiət və ya cəmiyyətlə, təlim və ya tərbiyə ilə nə dərəcə də şərtlənməsi uzun illərdir ki, elmi ədəbiyyatlar da mübahisə predmeti olmuşdur və bu günədək özünün 1 qiymətli həllini tapmamışdır.Məlumdur ki, uşağın fiziki inkişafı kimi, onun psixi inkişafı da həyat təcrübəsi və orqanizmin yetişməsi prosesinin birgə təsirindən asılıdır.Belə ki, digər canlıların balalandan fərqli olaraq, insan övladı doğularkən potensial nitq imkanlarına malik olur.Normal inkişaf nəticəsində bu imkan həyatın 1-2 ilində reallaşır.İntensiv təlim bu prosesi müəyyən qədər sürətləndirə bilsə də, inkişafın müvafiq mərhələsi üçün uyğun olan sərhədləri kəskin şəkildə dəyişdirə bilməz, 1 yaşdan əvvəl uşağa sərbəst danışa bilməz.        Ontonogezdə ( yunanca-mənşə) uşağın psixi inkişafını faktlarını qanunauyğunluqlarını, hərəkətverici qüvvələrini, şərtlərini araşdıran psixologiyası uşağın psixikasının inkişafı prosesini izləyir.Psixologiyada ontogenez uşaqlıq dövründən başlayaraq fərdin psixikasının əəsas strukturlarının formalaşması prosesini nəzərdən keçirir.Müasir elmi-psixoloji təsəvvürlərə görə ontogenezin əsas məzmunu uşağın əşyavi fəaliyyəti, ünsiyyəti, xüsusilə yaşlılarla birgə ünsiyyəti təşkil edir.Həyatın ilkin dövrlərində uşaq fəaliyyətin sosial, işarə-simvolik strukturlarını, ünsiyyəti mənimsəyir və bu amillər onun şüurunun və şəxsiyyətinin formalaşmasında güclü stimul rolunda çıxış edir.Bu prosesdə uşağın təlabatlar sisteminin formalaşmaqda olan motivlərinin, həyat şəraitinin coğrafi
iqlim amillərinin, yaşlıların, cəmiyyətin məqsədəyönlü, fəal təsirinin həlledici rolu vardır.Uşaq artıq 3-4 yaşlarında öz milli mədəniyyətinin əsas sterotiplərini emosional səviyyədə mənimsəmiş olur.Uşaq təlabatlarının məzmunu müxtəlif mədəniyyətdə fərqli olur.Sosial əhəmiyyəti və mahiyyəti uşağın sosial mövqeyinin formalaşmasında, mədəni dəyərlərə sahib olmasında, sosial yönəlişində təsirsiz qalmır.Uşaq şəxsiyyətinin inkişafında əxlaqi milli və dini prinsiplər, miflər, onun fərdiləşmə meyllərini gücləndirir, passivlik, sosial təsirlərə etinasız münasibət yaradır.
         Uşaqlıq insan həyatında daha sürətli və intensiv inkişaf mərhələsidir.Bu məqsədlə yaş dövrlərinin təsnifatında insan həyatının ilk 6 ilində 1 sıra dövrlər-Çağalıq, körpəlik, erkən uşaqlıq və məktəbəqədər yaş dövrləri xüsusi olaraq fərqləndirilir.
         Uşaq psixologiyası uşağın psixi həyatını, uşaq yaşı dövründə psixi inkişafın xüsusiyyətlərini öyrənir.Ailə nəzarətindən kənarda qalan uşaq küçə icmaları kimi qurumlar yaradır, avtonom əxlaq normaları ilə yaşayaraq əhatə olunduqları sosial 
mikromühitdə zorakılıq, təcavüzkarlıq, oğurluq və rekertçiliyə qurşanırlar.Uşaq şəxsiyyətinin formalaşmasında güclü, təsiredici amillərdən 1 sosial mühitdir.İnsanın doğulub boya0başa çatdığı sosial gerçəkliyin fəal təsiredici rolu danılmaz 1 fakt kimi uzun yüzilliklər boyu, dünyanın mütərəqqi alim, filosof və maarifçilərinin  diqqət mərkəzində olmuşdur.Sosial mühiti sağlamlaşdırmadan sağlam şəxsiyyət – vətəndaş tərbiyə etmək qeyri mümkündür.1 fərd kimi dünyaya gələn uşağın sosial keyfiyyətlərə, insani dəyərlərə yiyələnməsində yaşlılar, onların mühitilə yanaşı, uşağın şəxsi fəallığının da böyük rolu vardır.İlk gündən irəliyə doğru hərəkəti, sadə reaksiyadan mürəkkəb, məzmunlu əməliyyatlara keçid, nitqi mənimsəməsi, müstəqilliyinin ilk təzahürlərinin üzə çıxması psixi inkişafı səciyyələndirən başlıca faktdır.
     Psixoloqların şəxsiyyət inkişafı və formalaşmasında 2 başlıca mərhələni məktəbəqədər və məktəb yaşı dövrlərini xüsusi olaraq fərqləndirirlər.
     Uşaq psixologiyası uşaqlıq dövründə uşağın psixasının necə formalaşması, davranışçının müxtəlif təzahürləri arasındakı səbəb-nəticə əlaqəsinin tədqiq edərək, tərbiyə üçün proqram xarakterli istiqamətləri müəyyənləşdirir.
    Ailədə uşağın doğulması valideynlər və digər ailə üzvləri üçün fərəh mənbəyi, yeni 1 həyatın başlanğıcıdır.Bundan sonra aildədə mühit dəyişir, ailədaxili münasibətlərdə övlad mərkəzi mövqedə durmaqla, ailə münasibətlərinin möhkəmlənməsi, qarşılıqlı məsuliyyətin yüksəlməsinin şərtləndirir və ailənin yeni qayğıları meydana çıxır.Gənc ailədə ilk uşağın doğulması ərlə arvadın adət edilmiş maraq və vərdişlərinə təsir göstərir, ailənin həyat stili kəskin şəkildə dəyişir-ərlə-arvad çətin və sehrli valideynlik-ata-ana-rolunun ifaçısına çevrilir.
    Ailədaxili münasibətlərdə mülayimlik, səmimiyyət, sevgi, qayğı, qarşılıqlı məsuliyyət yeni doğulmuş körpənin fiziki və psixi inkişafı baxımından sağlam, normal inkişafı üçün əsas şərtdir.Uşaq psixologiyasını öyrənməklə onun psixi aləminin möcüzələrinə, sirli-sehrli uşaq dünyasına bələd olmaq olar.Ailədə və tərbiyə müəssisələrində uşağın düzgün tərbiyə edilməsi üçün uşaq psixologiyasını bilmək çox vacibdir.Çünki dünyaya gəldikdən sonra uşaq fiziki cəhətdən olduğu kimi, psixi imkanların dinamik inkişafı və genişlənməsi baxımımndan hər gün dəyişir.Onun hərəki, hissi, emosional, manipulyativ, yaşlılarla qarşılıqlı fəaliyyət üsullarında günbəgün dəyişiklik müşahidə olunur.Bütün bu yeniləşmə və inkişaf mənbəyində uşağın psixikasının hərəkər verici qüvvələri olan daxili və xarici ziddiyətlər dayanır.Uşaq psixikasının öyrənilməsində formalaşan psixi xüsusiyyət, keyfiyyət və tələbatların nəzərə alınması zəruridir.Uşağın aktual yaş dövrü ərzində yaşlıların köməyi ilə əldə etdyi psixi imkanlar sonradan inkişaf edərək onun müstəqillik imkanlarının artmasına imkan verir, yeni inkişaf mərhələsində psixi funksiya, xassələri genişlənir, keyfiyyətcə zənginləşir.Təlim tərbiyə uşağın inkişafında həlledici qüvvədir.
    Uşaq psixologiyası pedoqoji psixologiya, pedaqogika və praktik psixologiya fəlsəfə, dialektik materializmdir.Fəlsəfi ideyalar psixoloji nəzəriyəyə, konsepsiyaların yaranmasına təkan verir, psixologiyanın metodoloji əsasını təşkil edir.Fəlsəfə insanın cəmiyyətdə rolunu onun dünya ilə qarşılıqlı münasibətlərini aşkara çıxarır.
    Uşaq psixologiyası ümumi psixologiya ilə əlaqədardır.Ümumi psixologiyanın əldə etdiyi elmi-nəzəri müddəalar uşaq psixologiyasının tədqiqat istiqamətlərini müəyyənləşdirməyə, şəxsiyyətin psixoloji strukturunu açmağa imkan verir.
    Psixologiya elminin sahələrindən biri olan yaş psixologiyası insan psixikasının inkişafının yaş dinamikasını izləyir, 1 yaş dövründən digərinə keçidin qanuna uyğunluqlarını, psixi proseslərin, biliklərin mənimsənilməsinin, şəxsiyyətin təşəkkülünün yaş amilindən asılılıqlarını öyrənir.Bu cəhət yaş psixologiyasilə, uşaq psixologiyasl ilə əlaqəli gedir.Uşaq psixologiyası uşaqların təlim-tərbiyəsi və inkişafının məqsədi, məzmunu, səmərəli yollarından bəhs edən pedoqogika elmi ilə sıx əlaqəyə malikdir.Pedoqogika şəxsiyyətinin formalaşması, onun təlimi və tərbiyəsində yaş və fərdi xüsusiyyətlərin nəzərə alınmasını mühüm prinsip kimi qəbul edir.
    Uşaq psixologiyası anatomiya, fiziologiya, fəlsəfə, məntiq və digər elmlərlə birlikdə bütöv şəxsiyyət tərbiyəsi ilə məşğuldur.Uşaq psixologiyasının sıx əlaqələrə malik olduğu elmlərdən biri uşaq anatomiyası və fiziologiyasıdır.Psixikanın anatomik fizioloji əsaslarının  və mexanizmlərinin, uşaq orqanizminin xüsusiyyətlərinin öyrənilməsi baxımından bu elmlərin uşaq psixologiyası üçün böyük əhəmiyyəti vardır.Uşaq psixologiyasının fiziologiya ilə əlaqəsi uşağın ayrı-ayrı yaş dövrlərində orqanizmdə baş verən fizioloji dəyişmələrin uşaqların psixi aləminə təsirinin aydınlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 

Hiç yorum yok:

Yorum Gönder

Sayfalar