Bu Blogda Ara

reklam4

13 Temmuz 2016 Çarşamba

Yaş psixologiyasının yaranması inkişafında maarifçiliyin rolu

Uşaq psixologiyasının müstəqil bir elm sahəsinə çevrilməsi uzunmüddətli bir proses olmuşdur.Dünya mədəniyyətinin və fəlsəfi fikrinin mütərəqqi nümayəndələri həmişə uşağın psixikasının təbiətinə,onun təlimi və tərbiyəsi məsələlərinə xüsusi diqqət yetirmişlər.Uşağın doğulması, böyüməsi kimi təbii-bioloji hadisələrlə yanaşı, onun əqlinin, şüurunun, dünyagörüşü və əxlaqının formalaşdırılması çox qədim dövrlərdən etibarən yaşlıları düşündürən bir problem kimi diqəti cəlb edir.Qədim Şumer, Çin, Misir, Hind,Yunan yazılı abidələrində, dünya xalqlarının folklorunda uşaqların həyatı, onların təlimi, tərbiyəsi və inkişafı haqqında qiymətli fikirlərə rast gəlmək mümükündür.
    Təlim və tərbiyə məsələləri ilə əlaqədar uşaq psixikasının xüsusiyyətlərinə maraq yeni dövrün qabaqcıl elmi-pedoqoji fikrində mühüm yer tutmağa başlamışdı.XVII əsrdən başlayaraq dünya pedoqoqu fikrində mütərəqqi ideyalar genişlənməyə başlayır.Çex pedoqoqu Y.A.Komenskinin didaktik görüşləri sistemində yaş dövrləri, uşağın inkişafının xüsusiyyətləri, dərketmə fəaliyyətinin yaş xüsusiyyətlərindən asılılığı və.s haqqında qiymətli ideyalar diqqəti cəlb edir.”Ana qucağı məktəbi” adlı əsəri uşaq aləminə, xüsusiyyətlərinə aid olması baxımından uşaq psixologiyası haqqında yazılmış çox dəyərli elmi əsər kimi qiymətləndirilə bilər.XVIII əsr Rusiyada Fatışev, Novikov, Radisşev və başqa mütəfəkkirlərin əsərlərində psixikanın inkişaf xüsusiyyətlərini, uşaq psixikasının yaşlı adamın psixikasından əsaslı şəkildə fərqli cəhətlərə malik olması haqqında  fikirlərə rast gəlmək mümkündür.Radişsevin fikrincə uşağın psixikası bədənin maddi orqanlarının, sinirlərin və beynin funksiyasıdır, onların inkişafı psixikanı formalaşdırır.Uşaq psixologiyasının inkişafında böyük xidmətləri olan və zəngin irs qoyub getmiş dünya şöhrətli alimlərdən 1 rus pedaqoq və psixoloqu Uşinskdir.O, insanın bitgin psixoloji konsepsiyanı yaratmağa cəhd göstərmiş. Təlim fəaliyyətində hafizə, diqqət, nitq, təfəkkür, hisslər və digər psixi proseslərin əhəmiyyətini elmi cəhətdən əsaslandırılmışdır.Ana dili şüurlu mənimsənilməsinin zəruriliyi, nitqlə təfəkkürün bir-birinə ayrılmaz surətdə bağlı olan vahid bir proses olması fikri diqqəti xüsusi olaraq qeyd olunur.Uşinski adətləri “mənimsənilmiş refleks” adlandırılmış və xeyrli adətlər insanın özünün öz sinir sisteminə qoyduğu mənəvi kapitaldır deyirdi.Uşinski qabaqcıl pedoqogikanın vəzifəsini mexaniki, sxolastik təlimi aradan qaldırmaqda, fiziki, mənəvi və əqli inkişafı təbii-elmi əsaslar üzərində qurmaqda görürdü.  
    Alman fizioloqu Preyerin “Uşağın ruhi” əsərində uşaqların psixi inkişafının öyrənilməsi sahəsində yeni bir mərhələnin başlanğıcını qoymuşdur.XIX əsrin 80-cı illərindən etibarən rus nevroloqu Bexterev özünün Petya adlı yaşyarımlıq oğlu üzərində müşahidələr aparmış və emosional reaksiyaların siyahısın tərtib etmişdi.XIX əsrin sonu, XX əsrin əvvələrində insanın həyatında sosial hadisələrə maraq genişlənməyə başlayır.Fəhlə hərakatları, tətillər, müharibə və böhran kimi sosial prosesləri öyrənmək üçün psixologiyada sosialoji istiqamət adlanan nəzəriyyə meydana gəlir.Bu nəzəriyyəyə görə uşağın inkişafı ona ətraf sosial mühitin birbaşa təsirinin nəticəsidir.Sosial nəzəriyyənin tərəfdarları sırasında fransız sosioloqları Tard, Dyurkleym, Blondelin və isveçrə psixoloqu Piajenin adını çəkmək olar.Fransız psixoloqu Jane hər bir insanın psixikasının inkişafının əsas prinsipi insanlar arasındakı qarşılıqlı münasibətlərdir və uşağın psixi inkişafının 4 səviyyəsini fərqləndirirdi: 1. Motot(hərəki) reaksiyaların inkişafilə xarakterizə olunur.Uşağın gələcək inkişafında bu reaksiyaların özləri deyil, onların sosial cəhətdən şərtlənmiş olması əsas amildir.2.Perspektiv əməliyyatların mənimsənilməsidir ki, burada əşyavi fəaliyyətin mənimsənilməsi əsas amil olub, təxirəsalınmış əməliyyatlar şəklində sonralar hafizənin inkişafını şərtləndirir.3.sosial-şəxsi səviyyədir ki. bu səviyyədə uşaq öz hərəkətlərinin başqa adamlarının hərəkətlərilə uyğuluğunu dərk edir.4.Elementar intellektual davranış uşağın nitqinin inkişafı və onun köməyi ilə ətrafdakıların tələb etdiyi kimi əməliyyatları mükəmməl surətdə icra etməyə nail olur.Nitqə yiyələnmək uşağa təfəkkürün inkişafı üçün əlverişli şərait yaradır.
    Alman psixoloqu Ştern, Avstriya psixiatrı Freyd, rus psixoloqu Viqotski, Luriya, Leotyev, Rubinnşteyn, İsveçrə psixoloqu Piaje uşağın inkişafı ilə bağlı müxtəlif fikirlər söyləmişlər.Uşağın psixi inkişafına dialektik yanaşma baxımından diqqəti cəlb edən konsepsiyalardan biri kimi mütərəqqi fransız psixoloqu Vallan tərəfindən yaradılmışdır.Uşağın ontongenzə inkişafı aləmin fikrincə aşağıdakı mərhələlərdən ibarətdir.1.Bətndaxili mərhələ: Bu mərhələdə rüşeym ananın orqanizmindən tam asılı vəziyyətdədir.2.Hərəki impulsivlik mərhələsi ( anadan olandan 6 ayadək).Uşağın qidaya və hərəki fəallığa olan təlabatı spazmatik dartınmalarda, çığırtı, hərəkət və jestlərdə təzahür edir.3. Emosional mərhələ ( 1-3 yaş) Uşaq mimika və jestlərdən istifadə etməklə ətrafdakı adamlarla özünün qarşılıqlı münasibətlərini yaradır. Ağrı, qəzəb, simpatiya, məmnunluq hisslərinin xarici ifadəsi aşkar nəzərə çarpır.Uşağın ənçox əlaqəsi ana ilə bağlı olur, onun inkişafını stimullaşdırır.4.Semsomotor mərhələ ( 1-3) uşağının diqqətinin ətraf aləmə yönəlməsi, yaxın sosial əhatə ilə qarşılıqlı münasibətlərinin formalaşması, bələdləşmə refleksi, yerimə, nitqin meydana çıxması ilə xarakterizə olunur.5. Personalizm mərhələsi ( 3-5) 3 yaşın böhranı ilə başlanır, uşaqda “mən” hissinin və hərəkətlərdə böyük müstəqillik cəhdinin yaranmasilə müşayət olunur.Sonra uşaqda ətrafdakıların diqqət mərkəzində olmaq, başqa adamları yamsılamaq istəyi təzahür edir.6.Fərqləndirmə mərhələsi ( 6-11).Uşağın qarşılıqlı münasibətlər dairəsi genişlənir.Kollektivdə o özünü həm azad, həm də asılı vəziyyətdə  hiss edir, fərqlənməyə çalışır, kollektivdə müəyyən yer tutmaq istəyi təzahür edir.7. Cinsi yetişmə və gənlik mərhələsində şəxsiyyətin münasibətsiz inkişafı ilə xarakterizə olunur.Psixikanın inkişafı aydın ifadəli ziddiyətlərlə fərqlənir.Məhəbbət və nifrət, özünə inam, inamsızlıq, səmimiyyət, utancaqlıq kimi hisslər, həyat idealları davranışında real gücə malik olur.Amerikan psixoloqu C.Bruner qeyd edirdi ki, 7 yaşlı uşağın beyni inteqral və diferensial tənlikləri həll etmək və ya dialektik matearilizm fəlsəfəsinin əsaslarını öyrənmək üçün sadəcə olaraq hələ yetişməmişdir, lakin bilməliyik ki, beyin strukturlarının üzvü yetişməsi sırf  bioloji qanunlar əsasında baş verir.Mühit, təlim və tərbiyə amillərinin rolu ilə danılmazdır.XX əsrin ortalarından başlayaraq Rusiyada uşaq psixologiyası sahəsində eksperimental tədqiqatlar geniş vüsət almışdı.Rus psixoloqlarından Mençinskaya, Zaparojets, Lyublinskaya, Davıdov, Linçenzo, Mixina, Elkonin, Vender, Boyovik, Xripkova, Lipkina və başqaları uşaq psixikasının müxtəlif cəhətdən öyrənmək sahəsində uğurlu elmi nəticələr əldə edərək, uşaq fəaliyyətinin səmərəli təşkili, təlim-tərbiyə proseslərinin keyfiyyətinin yüksəldilməsi üçün mövcud pedoqoji təcrübəni qabaqlayan dəyərli təkliflər irəli sürmüşlər.
  Azərbaycanda uşaq psixologiyası sahəsində tədqiqatlara ötən əsrin 20-ci illərindən təsadüf olunur.İlk əsərlər Azərbaycan da çalışan rus alimi Makovelski tərəfindən yazılmış “Pedoqoji” “Körpə uşaqları tərbiyəsi”, “Təlim-tərbiyənin psixolji əsasları” və.s ibarətdir.XX əsrin 50-ci illərindən etibarən Azərbaycanda psixoloqların yeni nəsli yetişməyə başlayır.Ə.K.Zəkiyev uşaq psixikasının ayrı-ayrı xüsusiyyətlərinə aydınlıq gətirmiş, milli psixoloqların hazırlanmasında gərgin əmək sərf etmişdir.Az.psixoloqu M.C.Məhərrəmovun “Məktəblilərin iradəsini tərbiyə etmək haqqında ”, “İradə tərbiyəsinin yolları”, “Məktəblilərin xarakterini tərbiyə etmək haqqında ” və.s kimi əsərləri bu cəhətdən diqqətəlayiq tədqiqatlar kimi qiymətləndirir.70-ci illərdə professor Ş.S.Ağayev “Uşaqlarda mədəni vərdiş və adətlərin tərbiyə edilməsi ”, “Uşaq psixologiyası məsələlərinə dair” və.s əsərlər psixoloqun tədqiqatlarının nəticəsidir.Azərbaycan psixoloqlarının layiqli nümayəndəsi Ə.S.Bayramov XX əsr Azərbaycan psixologiya elminin inkişafına və milli psixoloqların hazırlanmasına layiqli töhfə vermişdir.“Uşaqlarda məsuliyyət hissini tərbiyəsi”, “Uşaqlarda əxlaqi hisslərin tərbiyəsi ”, “Şagirdlərəd əqli keyfiyətlərin inkişaf xüsusiyyətləri “ və.s və bir çox əsərləri uşaq psixologiyası elminə qiymətli töhfədir.Alim, psixoloq Ə.Əlizadə Azərbaycan psixologiya elminin inkişafında xidmətləri çox böyükdür.“Uşaqlarda diqqətin tərbiyə edilməsi ”, “Uşaqlarda kollektivçilik hissinin ” tərbiyə edilməsi, “Şagirdlərdə şəxsiyyətin inkişafı və tərbiyəsi”, M.Ə.Həmzəyevin “kiçik yaşlı məktəblilərin psixoloji xüsusiyyətləri”, “Yaş psixologiyasının əsasları”, professor Ə.Ə.Qədirovun “Uşaqların psixoloji xüsusiyyətləri”, “Uşaqlarda idrak proseslərinin inkişafı”. “yaş psixologiyası”, İ.M.mehdizadənin 3 hissəli “Uşaq psixologiyası”, dosent E.M.Quliyevin “Kiçik məktəblinin psixologiyası” və.s kimi əsərləri uşaq psixologiyası sahəsində faydalı tədqiqat əsərləri olub,ali məktəb tələbələrinin peşə hazırlığında faydalı mənbə rolunu oynamaqdadır.                               

Hiç yorum yok:

Yorum Gönder

Sayfalar