Bu Blogda Ara

reklam4

6 Temmuz 2016 Çarşamba

Məktəbyaşı dövründə şəxsiyyətin formalaşmasının psixoloji şərtləri. Tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri.


   Məktəbli şəxsiyyətin və onun formalaşmasına təsir edən amillərin öyrənilməsi tərbiiyə prosesinin idarə edilməsinin mühüm şərtidir. Tərbiyədən söhbət açarkən ilk növbədə məktəbli şəxsiyyətinin formalaşması haqqında düşünürük. Məktəb və müəllimin imkanları dairəsində, şəxsiyyətin formalaşması pedoqoji psixologiyada ən zəruri məsələ kimi qarşıda durur. Məktəb yaşının ilk günlərindən tərbiyə işinin düzgün qurulmaması, pedaqoji baxımsızlığın hökm sürməsi şagird şəxsiyyətində arzu olunmayan keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Bu mənfilikləri aradan qaldırmaq isə yenidən tərbiyə işi tələb edir. Bu da əvvəlcədən yeni keyfiyyətlərin formalaşmasından qat-qat çətindir. Tərbiyə böyüməkdə olan nəslin şəxsiyyətinin formalaşması prosesinin idarə olunmasından ibarətdir. Bu isə xüsusi psixoloji mexanizmə malikdir. Bu mexanizmi nəzərə almadan tərbiyə işində müvəffəqiyyət qazanılacağı barədə düşünmək olmaz. Brinci növbədə tərbiyə prosesinin mahiyyətini təşkil edən və psixoloji nöqteyi-nəzərdən bir-birilə bağlı olan aşağıdakı cəhətlərə diqqət yetirmək lazımdır: tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri, onların qarşılıqlı münasibətləri, tərbiyənin məqsədi, tərbiyə prosesində istifadə olunan yollar.
  Tərbiyə prosesinin düzgün təşkili həmin cəhətlərin hər birinin xüsusiyyətləri nəzərə alınmalıdır. Yalnız bu zaman tərbiyə prosesində şəxsiyyətin tələbatları, maraq və meylləri, dünya görüşü, əqidə və ideyaları, qabilliyyətləri, xarakteri lazımi şəkildə formalaşdırıla bilər. Tərbiyə prosesində daima inkişaf edən, keyfiyyətcə dəyişən uşaqlarla işləməli oluruq. Tərbiyə olunan həmin uşaqlar özlərinin şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərinə, tələbat və motivlərinə görə bir-birindən fərlənirlər. Ayrı-ayrı yaş dövrlərində bu fərqlər müxtəlifləşir və özünəməxsus tərbiyəvi iş tələb edir. Ona görə də tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün birinci növbədə tərbiyə olunanlarının yaş və fərdi xüsusiyyətlərini öyrənmək və nəzərə almaq lazımdır. Pedaqoji psixologiyanın banisi K.D.Uşinski “insanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənməyi tövsiyə edirdi”.
   Psixoloq Rubnşteyn “ uşaqları tərbiyə edə-edə, öyrədə-öyrədə öyrənməyi lazım bilirdi ki, onları öyrənə-öyrənə tərbiyə edək və öyrədək” söyləmişdir. Buna görə də müəllim və tərbiyəçi hər hansı bir tərbiyəvi tədbiri həyata keçirməzdən əvvəl tərbiyə etdiyi şagirdin xüsusiyyətərini aşkara çıxarmalı, tərbiyəvi tədbir ona müvafiq şəkildə tətbiq etməyə çalışmalıdır. Tərbiyə psixologiyası sahəsində tədqiqat aparan psixoloqlar belə qənaətə gəlmişlər ki, şagirdşəxsiyyətinin təşəkkülündə həlledici yeri təkcə onların fəaliyyətinin düzgün təşkili, şagirdlərin əxlaqi davranış təcrübələri toplamaları tutmur, eyni zamanda burada düzgün əxlaqi davranış motivlərinin tərbiyə edilməsi mühüm rol oynayır. Bu baxımdan şagirdlərin tələbat sahəsinin öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Çox vaxt şagirdin davranışındakı bu və ya digər cəhət onun tələbatı ilə bağlı olur. Bir motiv kimi tələbatlar şagirdin davranışını şərtləndirir. Tərbiyə prosesində psixoloji cəhətdən diqqəti cəlb edən və zəruri olan bir tələb- şagirdin davranışına qiymət verərkən onun motivini müəyyənləşdirmək tələbi meydana çıxır.
  İnsan dünyaya fərd kimi gəlir və ictimai münasibərlər sistemində şəxsiyyətə çevrilir. Burada tərbiyə prosesi həlledici rol oynayır. Uşağın inkişafının, bir şəxsiyyət kimi formlaşmasının mənbələri şəraitini bilmədən tərbiyənin psixoloji mexanizmini açmaq mümkün deyil. İnsanın bir sosial varlıq kimi inkişafının həlledici şərti kimi insani tələbatların ödənilməsindən ibarətdir. İnsanın bir şəxsiyyət kimi inkişafının şərti onun yerinə yetirdiyi çoxplanlı fəaliyyətdir. Fəaliyyəti tərbiyənin əsas amili hesab edirlər. Fəaliyyət prosesində şəxsiyyətin əxlaqi və başqa keyfiyyətləri təzahür tapır, formalaşır. Uşağın tərbiyəçilər tərəfindən təşkil olunan və istiqamətləndirilən, onlarda şəxsiyyətin məqsədəyönəlmiş şəkildə formalaşmasına təsir göstərən fəal fəaliyyət növlərindən birdə təlimdir. Təlim düzgün təşkil edilsə şagirdin inkişafı və sosiallaşma prosesinin müvəffəqiyyətlə həyata keçməsinə səbə olur. Şagird şəxsiyyətinin inkişafı onun məktəbdəki müvəffəqiyyəti və müvəffəqiyyətsizliyindən çox asılı olur. Bu şəxsiyyətin formalaşmasına təsir edir. İnsan şəxsiyyəti fəaliyyətdə ifadə olunur və eyni zamanda fəaliyyət onun şəxsiyyətini formalaşdırır. Tərbiyəvi tədbirlərin həyata keçirilməsi insan fəaliyyətinin psixoloji qanunauyğunluqlarına istinad etməlidir. Fəaliyyətin vahid, qarşılıqlı əlaqəyə malik olan motivlər sistemi şəxsiyyətin psixoloji əsasını təşkil edir. İnsan fəaliyyəti fəaliyyətinin ayrı-ayrı növlərindən- oyun, təlim əmək fəaliyyətində özünəməxsus motivlər sistemi şagirdləri həmin fəaliyyətə yönəltməklə, şəxsiyyətin müxtəlif əlamət və keyfiyyətlərinin formalaşmasına səbəb olur. Fəaliyyət insanın şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayır. Şəxsiyyət ətraf aləmlə fəal qarşılıqlı təsir prosesində formalaşır. Qarşılıqlı təsir isə fəaliyyət sahəsində mümkündür. Fəaliyyətdə insan özünün fəallığını biruzə verir.
  Bu fəallıq olmadan fəaliyyətin baş verməsi, son nəticədə isə şəxsiyyətin lazımi səviyyədə formalaşması mümkün deyildir. İnsan fəaliyyətin icrası zamanı nə qədər yüksək fəallıq göstərərsə, onun şəxsiyyətinin inkişafı üçün bir o qeder geniş imkan yaranmış olur. Təlimdə şəxsiyyətin hazlıq səviyyəsi- bilik, bacarıq, vərdişlərini yüksəldir. Bu prosesdə dünyagörüşü inkişaf edir, yüksək fəallıq şagirdlərdə şəxsiyyətin təkidlilik, dözümlülük, intizamlılıq kimi iradi keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Şagirdlərdə inkişaf  səviyyəsinin yüksəlməsi, onlarda şəxsiyyətin hazırlıq səviyyəsinin qabilliyətinin, şəxsiyyətin istiqamətinin yüksək inkişaf səviyyəsi onların daha çox fəallıq göstərmələrinə səbə olur.
   Şəxsiyyətin formalaşmasının mənbəyini onun təlabatı təşkil edir. İnsan tələbatı sadəcə tələbat olaraq qalmır, o insanı həmin tələbatı ödəməyə imkan verən fəaliyyətə yönəldir. Şəxsiyyətin daxil olmaqla tələbatlar onun sonrakı inkişafına təkan verir.
   Şagirdlərdə tələbatın xüsusiyyətlərinin aşkara çıxarılması və tərbiyə edilməsi tərbiyə psixologiyasının ən başlıca vəzifələrindən biridir. Müəllim daima öz şagirdlərində müsbət tələbatların formalaşması qayğısına qalmalı, onlarda baş verən mənfi tələbatların aradan qaldırılmasına çalışmalıdır.
   İnsan bütün həyatı boyu  bir çox fəaliyyətlərdən istifadə edir. Bunun hamısı onun fəaliyyətinin formalaşmasına eyni dərəcədə təsir göstərmir. Ayrı- ayrı yaş dövrlərində bütüb fəaliyyətdən  biri əsas aparıcı fəaliyyət kimi insan tələbatlarını ödəmək imkanı verir, qalan fəaliyyətlər yardımçı fəaliyyət kimi təzahür edir. Əsas fəaliyyət tipi psixi proseslərin dəyişməsi, şəxsiyyətin formalaşmasında aparıcı rol oynayır. Əsas fəaliyyət tipinin  xüsusi şəkildə təşkili uşaq şəxsiyyətinə məqsədəyönəlmiş şəkildə təsir etməyə, həmin fəaliyyət prosesində onda zəruri tələbatlar, motiv və məqsədlərin formalaşmasına imkan yaradan şərait rolunu oynayır. Məktəb yaşı dövründə təlim fəaliyyəti əsas fəaliyyəthesab edilir. Müxtəlif  bilik sahələrinə aid elmi anlayışların mənimsənilməsidir. Təlim köməyi ilə uşaqlarda gerçəkliyin nəzəri formada əks olunmasına bələdləşməsinin əsası formalaşır. Yeniyetməlik dövründə təlim fəaliyyəti öz aktuallığı və əhəmiyyətini saxlayır və yeniyetmələrin ictimai faydalı fəaliyyətinin bir forması kimi öz psixoloji rolunu oynayır. Böyük məktəb yaşı dövrü üçün təlim fəaliyyətinin xüsusi forması- təlim peşə fəaliyyəti aparıcı fəaliyyət olur. Bu yaş dövründə mühüm psixoloji təşkil işi kimi məktəblinin öz həyat planını tərtib etmək, onu həyata keçirmək üçün vasitələr axtarmaq, əxlaqi ideallar yaratmaq bacarığı özünü göstərir, be da özünüdərketmənin inkişafı haqqındaxəbər verir. Aparıcı fəaliyyət tipinin təşkili və ona istinad olunması uşağın şəxsiyyətinə məqsədəyönəlmiş şəkildə təsir etmək, bu fəaliyyət prosesində tələb olunan tələbatlar və motivlər sistemini formalaşdırmaq üçün əsas şərt rolunu oynayır.
   Aparıcı fəaliyyət şəxsiyyərtin formalaşmasında həlledici rola malikdir. Hər yaş dövründə əsas aparıcı fəaliyyətlə yanaşı başqa fəaliyyət növləridə iştirak edir. Məktəbəqədər yaş dövründə əsas fəaliyyət olan oyunla yanaşı əmək və təlim fəaliyyətinin elementləri özünü göstərir. Bu nə əmək, nə təlim psixoloji yenidənyaranmanı təmin etmir, bu vəzifəni oyun yerinə yetirir. Məktəb yaşı dövründə də oyun fəalliyyəti özünə yer edir. Lakin aparıcı fəaliyyət rollunu oynamır. Beləliklə, əsas aparıcı fəaliyyət növünü ayırmaqla psixoloqlar heç də uşağın çoxplanlı fəaliyyətinin başqa növlərin əhəmiyyətini rədd eemirlər. Uşağı
Çoxpalanlı fəaliyyətə cəlb etməklə aparıcı fəaliyyət növündən səmərəli şəkildə istifadə etməklə yetişən gənc nəslin şəxsiyyətinin formalaşmasına nail olmaq mümkündür.
   Şagirdlərin tərbiyə prosesinin idarə edilməsi tərbiyənin təsiri altında onların şəxsiyyətində baş verən  dəyişiklikləri nəzərə almaq imkanının olması vacibdir. Şagirdin tərbiyəlilik səviyyəsini aşkara çıxarmaq imkanımız olmasa, tərbiyə prosesini idarə etməyimiz mümkün olmaz. Tərbiiyə psixologiya və pedaqogikasının ən başlıca vəzifələrindən biri əxlaqi cəhətdən tərbiyəliliyin kriteriyalarının məzmunu aşkara çıxarmaq və müəllimləri uşaqda şəxsiyyətin formalaşmasının gedişi haqda tam, dəqiq məlumat verə bilən metodla silahlandırmaqda ibarətdir. İnsanın əxlaqi cəhtdən sabitliyi, çətinlikləri aradan qaldıra bilmək bacarığı və arzularını, istəklərini idarə edə bilmək və öz niyyətini yerinə yetirə bilmək bacarığı, olmadan mümkün deyildir. Düzgün tərbiyə almış insan bir işi icra etməyi qərara alır, öz niyyətini həyata keçirir. Məqsədə  çatmaq üçün arzu,maneələri aradan qaldırır. İradi davranış adlanan bu davranışın təhlili göstərir ki, həmin davranışın əsasında şüurlu tənzim motivasiyası təmayülü mexanizmi dayanır. Bu zaman insan şüurlu olaraq 1 təmayülün , meylin qiymətini artırır, digərinin qiymətini azaldır. Heç də insan həmişə özünün motivasiya təmayülünü əldə edə və onu lazımi istiqamətə yönəldə bilmir və iradi davranış həyata keçirmir. Deməli, insan tərbiyəliliyin mühüm kriteriyalarından biri onun davranışının ixtiyarililik səviyyəsində, özünün tələbatlarına yiyələnə bilmək səviyyəsindən ibarətdir. Tərbiyəliliyin müəyyən səviyyəsində insanın mədəni davranışın formalarına, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış norma qaydalarına, məişə peşə vərdişlərinə və özünü apara bilmətin, digər cəhətlərə yiyələməsini nəzərə almamaq olmaz. Bu keyfiyyətləri asanlıqla müşahidə etmək mümkündür. Lakin tərbiyəlilikhəmin zahiri əlamətlərə diqqətlə yanaşmağı tələb edir. Onlar insanın həmin sahəyə tələbatları ilə motivləşən davamlə davranış forması kimi özünü göstərə bilir və ya zahirən mənimsənilmiş davranış ola bilər. Ikinci halda şagirdlərin təzyiqin, nəzarətin təsiri altında ondan tələb olunanların hamısına əməl edir, nəzakət olmadıqda isə müvafiq  davranış tərzini yerinə yetirmirlər. Buradan isə aydın olur ki, müvafiq davranış forması şəxsin tələbatına çevrilməmişdir və həmin adam bu sahədə tərbiyəli deyildir.
  Deməli, nəzarət, məcburiyyət olmadan düzgün və əxlaqi davranmağı tərbiyəliliyin mühüm kriteriyalarından biri hesab etmək olar.



Hiç yorum yok:

Yorum Gönder

Sayfalar