Bu Blogda Ara

reklam4

16 Temmuz 2016 Cumartesi

Təlim və psixi inkişaf. Təlim prosesinin psixi inkişafının əsas şərtləri.

    Təlim və inkişafın qarşılıqlı münaibəti problemi yalnız metodoloji deyil, həm də praktik psixoloji, pedoqoji və sosial problemlərdir.Onun düzgün müəyyənləşdirilməsindən təlim və tərbiyə işinin məzmunu, metod və formaları əhəmiyyətli şəklidə asılıdır .“Təlim” anlayışı hazır biliklərin müəllim
dən şagirdə ötürülməsi, öyrədilənlərlə öyrədən arasında qarşılıqlı münasibətlər,pedaqoji proses vasitəsilə öyrədilənlərə elmi bilik, bacarıq və vərdişlərin, fəaliyyət üsullarının mənimsədilsi
nin yollarını nəzərdə tutur.Bu proses şagirdlərin
daxili və xarici fəallığının stimullaşdırılması və idarə olunmasına, nəticədə bəşəri təcrübənin mənimsədilməsinə yönəldilmişdir.Təlimin inkişafa təsiri dedikdə, bir birilə sıx bağlı olan iki müxtəlif hadisələr kateqoriyası başa düşülür: xüsusi bioloji, yəni beynin üzvi yetişməsi, onun anatomik-bioloji strukturlarının formalaşmasının müəyyən inkişaf dinamikası və müəyyən səviyyədə əqli 
Əqli inkişaf beyin strukturunun bioloji yetkinliyi ilə birbaşa olaraq əlaqədardır.Pedoqoji prosesdə, uşaqların təlimi, tərbiyəsi və inkişafında bu cəhətin nəzərə alınması olduqca vacibdir.Müasir pedoqogika və psixologiya elmlərində təlimlə inkişafın qarşılıqlı münasibətinin aydınlaşdırılması istiqamətində üç nöqteyi- nəzər ondan ibarətdir ki, təlim və inkişaf bir birindən asılı olmayan 2 müstəqil prosesdir.Təlim beynin yetişməsi üzərində qurulur, təlim inkişaf prosesində təzahür edən imkanların sırf şəkildə zahiri görüntüsüdür.Alman alimi Ştern yazırdı, inkişaf təlimin arxasınca gedir və ona uyğunlaşır, əqli yetişmə prosesinə müdaxilə etmək, ona mane olmaq lazım deyil, beynin təlim üçün yetişməsinədək səbrlə, passiv şəkildə gözləmək lazımdır.Psixoloq Piaje deyirdi, əqli nikişaf öz daxili qanunları üzrə gedir, təlim bu prosesi əhəmiyyətsiz dərəcədə sürətləndirə və ya ləngidə bilər.Nə qədərki uşaqda məntiq təfəkkür formalaşmamışdır, ona məntiqi düşünməyi öyrətmək ağıla sığmazdır.Təlim və inkişafın qarşılıqlı münasibətləri haqqında nöqteyi nəzəri təlimlə inkişafı qarışdırır və ya eyniləşdirir.  Təlim inkişafın ardınca addımbaadım gedə bilməz, o inkişafın önündə gedərək ona yenilik gətirə bilər.Psixoloq Viqatski şəxsiyyətin inkişafında iki səviyyəni fərqləndirdi: I aktual inkişaf zonası olub, uşağın hazırlığının faktiki vəziyyətini əks etdirir.Bu səviyyə uşağın tam sərbəst olaraq yerinə yetirdiyi tapşırıqla səviyyələnir.II daha yüksək səviyyəni isə o, yaxın inkişaf zonası adlandırmışdır.Bu səviyyə 1-dən fərqli olaraq, uşağın müstəqil deyil, yaşlıların müəyyən qədər köməyilə verilən tapşırığı yerinə yetirməsi imkanlarını xarakterizə edir.Viqatski qeyd edir ki, uşaq bu cür yaşlıların köməyilə yerinə yetirdiklərini, sabah müstəqil olaraq yerinə yetirəcək.Yaxın inkişaf zonasına daxil olan, təlim prosesində aktual inkişaf zonasına keçir.Beləliklə, şəxsiyyətin inkişafı bütün istiqamətlərdə gedir.Psixologiya elmində şəxsiyyətin təlimi və inkişafının dialektik qarşılıqlı əlaqələri haqqında Viqatski tərəfindən irəli sürülən konsepsiya daha geniş yayılmaqla, bir çox dünya psixoloqları tərəfindən qəbul edilir və burada aparıcı rol təlimə verilir.Təlim və inkişaf bir birilə sıx bağlıdır, təlim və inkişaf paralel şəkildə cərəyan edən 2 proses deyil, onlar vəhdət təşkil edir.Təlimdən kənarda şəxsiyyətin hərtərəfli inkişafı mümkün deyil, təlim inkişafı stimullaşdırır, onu arxasınca aparır və bu prosesdə inkişafa istinad edir.Təlimdə inkişaf, xüsusilə də əqli inkişaf, təlim prosesinin təşkili, bu prosesdə əldə edilən biliklərin xarakterilə müəyyən edilir.Biliklərin sistematik və ardıcıl olması, özünün kifayət qədər ümumiləşmə səviyyəsilə fərqləndiriliməlidir.təlim öz təşkili mahiyyəti etıbarilə problemli və dioloq əsasında qurulmalı, şagirdə öz subyektiv mövqeyini bildirmək imkanı verilməlidir.Təlimdə şəxsiyyətin inkişafı 3 əsas defaktorda 1.Şagirdlərin öz təcrübələri ümumiləşdirilməsi; 2.Ünsiyyət prosesində anlama; 3.Şəxsiyyətin inkişafı prosesi mərhələrin özünün gözlənilməsi ilə müəyən edilir.Təlim zamanı şagirdlər qarşıya çıxan çətinlikləri aradan qaldırmaq üçün iradi səy göstərir, diqqətlərini təlim fəaliyyətinə yönəltməyə nail olurlar.Hər bir şəxs yaxşı bilir ki, oynayan uşaq, oxuyan məktəbli, yaradıcı bəstəkar və ya alim, işləyə fəhlə və.s üçün uğurlu fəaliyyətin əsasında yaxşı təşkil olunmuş diqqəti dayanır.Təlimdə də diqqət etibarlı qarantdır.Uşinski yazırdı ki, diqqət şüurumuzun elə bir qapısıdır ki, beynimizə daxil olan bütün məlumatlar məhz bu qapıdan keçir.Təlim şagirdin diqqətinə yeni tələblər verir: onun ixtiyarlılığı təmin olunur, təkmilləşir və o idarə olunan və tənzimlənən bir prosesə çevrilir.Dərsdə şagirdlərin diqqətsizliyinin səbəbləri fənnə qarşı marağın olmaması müəllimin aydın olmayan quru və cansıxıcı şərhi, onların yorğunluğu ilə bağlı olur.Dərs prosesində şagirdlərin diqqətini “oyaq” saxlamaq, onun məhsuldarlığını təmin etmək üçün müxtəlif üsullardan istifadə etməklə dərsləri dinamik təşkil etmək, kənar qıcıqlandırmalı aradan qaldırmaq fəaliyyət növlərini bir biri ilə əvəz etmək lazım gəlir.Bu cəhətdən məktəb təcrübəsində son illər genişlənməkdə olan təlim və interaktiv təlim metodlarından istifadə etmək faydalıdır.Dərsdə şagirdin fəaliyyəti əhəmiyyətli şəkildə təlim işinin tempindən asılıdır.Müəllim dərs dediyi sinfin səviyyəsinə şagirdlərin şagirdlərin real mənimsəmə imkanlarına əsaslanaraq hər bir sinif üçün optimal iş tempi seçməlidir.müəllim bəzən sakit uşağa üstünlük verir.Belə şagird cismən sinifdə olsalar da ruhən, öz diqqətlərinin yönəlişi baxımından sinifdən kənarda olurlar.Təlim maraqları şagirdin dərin, həqiqi hisslərində emosional baxımdan əks olunur.
  

1 yorum:

Sayfalar