Bu Blogda Ara

reklam4

9 Temmuz 2016 Cumartesi

İKT ilə təchiz olunmuş sinif

1.1.İnformatlaşmanın Texniki vasitələrinin təhsilə nüfuzu


Təhsilin informatlaşması elmi – informatlaşmanın təhsilə kompleks nüfuzunun  müxtəlif aspektlərini öyrənir. Təhsilin informatlaşmasını həmdə bu prosesin texniki və resurs vasitələrinin məzmunca formalaşmasının nəzəriyyə və praktikasını tədqiq edir. Təhsilin informatlaşmasında əvvəlki  tarixi mərhələdə ( XX əsrin 60-80-cı illəri ) təlimin texniki vasitələrindən təhsildə geniş istifadə edilirdi. Bu texniki vasitələr təhsildə informasiya daşıyıcısı rolunu oynayarq, əsasən təlimdə əyaniliyi təmin edirdi. 
Bunların sırasında audio, televizor və video maqnitafon, kinoproyektor, diaproyektor, mikrokalkulyator, biliyə nəzarət qurğuları ( proqramlaşdırılmış təlim maşınları və digər vasitələr ) XX əsrin 60-80-cı illərində təhsilin informatlaşmasının  texniki vasitələri hesab edilir.  XX əsrin 60-80- cı illərində məktəb təcrübəsində təhsilin müxtəlif səviyyələri üçün, müxtəlif fənnlər üçün metodikalar  və xüsusi didaktik materiallar kifayət qədər hazırlanmış və səmərəli istifadə edilmişdir. Hal-hazırda təhsil müəssələrində aşağıdakı texniki vasitələrdən istifadə edilir:
a)     səsin yazılması və oxunması vasitələri ( elektrofon, maqnitofon, CD pleyer ).
b)     Tele-radio verlişləri vasitələri və sistemləri ( teleradio qəbulediciləri , tədris televiziya verlişləri və s. ).
     c)     Informasiyanın sənədləşməsi və saxlanılması vasitələri poliqrafiya, surətçıxarıcı, sürət çoxaldıcı vasitələr və s.).
     d)    Optik və kino proyeksiya vasitələri, fotoaparatlar ( kino kamera, videokamera və s.).
     e)     Informasiyanın sənədləşməsi  və saxlanılması vasitələri 
( kompyuterlər, printerlər, skanerlər və s. ).
f) Telekommunikasiya sistemləri və rabitə kanalları
vasitəsilə informasiyanın ötürülməsinə imkan verən
(modem, peyk əlaqəsi, optik radiorele və s. Rabitə kanalları
ilə imformasiyanın ötürülməsi ) qurğular.
Təhsildə istifadə edilən texniki vasitələr müxtəlif əsaslarla təsnifat edilə bilər. Bu təsnifatın əsasında informasiyanın növü və onun istifadə prinsipləri ola bilər. Ənənəvi analoq tipli texniki vasitələrə aşağıdakılar daxildir :
1.      Audio vasitələr (elektrofon, Maqnitofon, Linqofon və s. vasitələr, radio qəbuledici vasitələr )
2.      Qrafik və fotoqrafik vasitələri ( filmoskop, diafilmlər, slaydlar  və s.)
3.      Kinoproyeksiya vasitələri ( kinoproyektorlar və s. )
4.       video və televiziya vasitələri (monitor, videomaqnitofon, videopleyer, videokaset, televizor).
Rəqəmsal texniki vasitələrə aşağıdakılar aiddir:
1.      Audio vasitələr (rəqəmsal diktafon, rəqəmsal pleyer, rəqəmsal kompakt disklər və s)
2.      Qrafik və fotoqrafik vasitələr (rəqəmsal fotoqrafiya vasitələri, lazer diskləri və s.)
3.      Proyeksiya texnikası ( multimediya proyektoru və s.)
4.       Video və televiziya vasitələri ( rəqəmsal video kamera, DVD pleyer, lazer diski və s.)
İnformatlaşmanın kompyuterlər vasitələri:
1.     Səsin yazılması, emalı və oxunması üçün kompyuter multimediya vasitələri. Mətn, qrafik, fotoqrafik obyektlərin  yazılması, emalı və oxunması üçün kompyuter multimediya vasitələri.
2.     İnsanların  telekommunikasiya ünsiyyətinə imkan verən telekommunikasiya vasitələri. Informasiya resurslarına əlyetərliliyi təmin edən telekommunikasiya vasitələri
Texniki vasitələrin təhsildə tədbiqi imkan verir ki, təhsildə istənilən informasiyaların  (qrafik, mətn , səsə və s. ) saxlanılmasına , emalı və ötürülməsi üçün əlavə imkanlar yaransın.
Kompyuter informasiyanın emalı üçün universal vasitə olub, istənilən tipli informasiyanı qəbul etməyi, müxtəlif periferiya  qurğuları ilə işləməyi təmin edir, onların təhsildə tədbiqi  keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

1.2.Elektron təhsil texnologiyaları

         Elektron təhsil ( E-Learning ) özünü informasiya texnologiyalarının sosial sahələrdə güclü təzahür formalarından biri  kimi  göstərir. “ E- Learning”  sistemlərin üstünlükləri aşağıdakılardır:
1.     Texnolojilik ( muasir proqram və texniki vasitələrdən istifadə ).
2.     Açıqlıq ( təhsilin məkan və zamandan asılı olmaması)
3.     Təhsilə çəkilən xərclərin azalması ( yola, yaşayışa, “canlı” təhsilin təşkilinə və s. xərclərin azalması )
4.     Fərdi təhsilin təşkili imkanı.
İnternet texnologiyalarının inkişafı və yayılması ilə məsafədən təhsildə yeni 
imkanlar yarandı. E-Learning texnologiyaları kütləvi şəkildə və intensiv istifadə edildikdə, bu çatışmamazlıqlar özünü daha aydın biruzə verdi. Bu çatışmamazlıqlar əsasən aşağıdakılardır :
1.     Müəllimlə şagird arasında canlı ünsiyətin olması.
2.     Şagirdlərdə zəruri texniki vərdişlərin zəif olması.
3.     Məsafədən təhsil sisteminin qurulması problemləri.
4.     Kursların yardılmasına çoxlu əmək və maliyyə resurslarının sərf edilməsi
5.     Tədris kurslarının kifayət qədər interaktiv olmaması.
Internet texnalogiyalarının inkişafı ilə paralel elektron təhsildə inkişaf edir. Nəticədə elektron təhsil tədris materiallarının çatdırılmasının və tədrisi prosesi təşkilinin yeni vasitələrini özündə birləşdirir.
Cəmiyyətin kompleks kompyuterləşdirilməsi, yeni texnologiyaların inkişafı elektron təhsili tamamilə yeni səviyyəyə yüksəldir. Şagirdlərin müəyyən tədris materiallarını keyfiyyətli mənimsəməsi üçün video və animasiya effektləri əlavə edilmiş mətnlər toplusunun ona təqdim edilməsi hələ kifayət deyil. Bunlardan əlavə, şagird öpz biliklərini praktikada tədbiq etməyidə bacarmalıdır.
Təhsil daha mürəkkəb prosesdir. Müassir təhsil şagirddən öz biliklərindən sərbəst istifadə etmək, onları formalaşdırmaq, lazım olan informasiyanı axtarmaq, istənilən nəticəni əldə etmək, müəyyən şəkildə düşünmək bacarığı tələb edir. Indi E–Learning tədrisdən təhsilə keçid tendensiyası müşahidə olunur.
E-Learning “offline” məsafədən təhsilə alternativ kimi yaradılıb. Burada söhbət , müassir texnologiyaların tədbiqi sahəsində ənənəvi xərclərin azaldılması yolu ilə tədrisin keyfiyyətinin yüksəldilməsindən gedir. Beləliklə, elektron tədris ənənəvi tədrisi tamamlayır. Microsoftun təşəbbüsü ilə  “Connected Learning Community” - “Birləşmiş tədris cəmiyyəti” anlayışı dəyişərək  “ Birləşmiş təhsil cəmiyyətləri ” kimi daha da genişlənib. Belə cəmiyyətlər elektron təhsil prosesinin bütün iştirakçılarını əhadə edir.

1.3.Elektron təhsilin xüsusiyyətləri

Şagirdlərin öz biliklərini təkmilləşdirə bilməsi üçün maksimum imkanlar yaradılmalı, sistem interaktiv olmalıdır. Burada iki məqamı qeyd etmək olar:
1. Müəllimlə şagird arasında ünsiyyət.      “E-Learning” belə ünsiyyətin yüksək səviyyəsi ilə seçilir. Ünsiyyət bütünlükdə tələbənin yerinə yetirdiyi tapşırıqların müəllimlə göndərilməsi və iondan qısa şərhlər formasında cavablar alınmasından ibarətdir. Real ünsiyyət isə müntəzəm hər iki tərəfin fəallığı şəraitində baş verilməlidir. Bundan əlavə bu ünsiyyət elektron təhsil prosesinin digər iştirakçıları üçün də açıq olmalıdır.
2. Şagirdlər  arasında ünsiyyət.           Bu ünsiyyət forması biliklərə yiyələnmə prosesində əhəmiyyətli rol oynayır. Hər bir “offline” cəmiyyətindəki kimi “online”cəmiyyəti iştirakçıları ararsında da ünsiyyət təkcə”müəllim-şagird” arasında yox, həmdə “şagird-şagird” münasibətində də sərbəst olmalıdır.
Bu ünsiyyətin iki növü, qismən şifahi, qisməndə elektron şəkildə baş verir. Bununla belə, “offline” və “online” ünsiyyətləri arasındakı vaxt kifayət qədər əhəmiyyətə malikdir. Insan sadəcə olaraq daxil olan informasiyanı yadda saxlaya bilmir və vaxt keçdikcə informasiya yaddan çıxır. Ünsiyyətin səmərəli davam etməsi üçün unudulmuş informasiya bərpa edilməlidir. Bunun üçün:
1.     Təhsil sisitemində informasiya axını xüsusiyyətlərini əks etdirən, sistemin xüsusi informasiya arxitekturasını işləyib hazırlamaq vacibdir.
2.     Təhsil prosesinin iştirakçılarına informasiyanı idarə edə biləcək alətlər verilməlidir.
Beləliklə, elektron təhsildə informasiya texnologiyalarının tədbiqinin rolu biliklərə yiyələnmək məqsədilə informasiya təhsil məkanının təşkili və təhsil prosesi iştirakçıları arasında ünsiyyətin səmərəli artırılmasıdır.
Qeyd etdiyimiz informasiya strukturundan əlavə bunu başqa qaydada da etmək olar:
a.     Aktual tədris materialları təqdim etmək;
b. Tədris materiallarına cəmiyyəti iştirakçılarının tədqiqat işlərinin nəticələrini  daxil etmək və bütün növ informasiyalara sərbəst daxil olma imkanları yaratmaq.
2004-cü ilin əvəllərində ABŞ-ın bir sıra universitetləri kurs materiallarını idarə edən open-sourse alətlərinin yaradılmasına, kollektiv işin təmin edilməsi və ali təhsil müəssələri üçün “online” təqdimatlarına yardıma yönəli Sakali adlı birgə layihəyə başladılar. Hal-hazırda layihədəbir çox ölkələrin 90-dan çox universiteti, kollecləri və tədris müəssələri iştirak edir. Sakai sistemi maksimal interaktiv olmaqla tədrisə kömək edir, tədqiatçılara müəyyən tədqiqat alətləri təqdim edir.
Sakai sisteminin funksionallağı və ona sərbəst daxil olma imkanı nəzərə alınmaqla bu sistemdən elektron təhsilə yardım vasitəsi kimi istifadə edilə bilər. Bununla belə əlavə tədqiqatların aparılması vacibdir. Bu tədqiqatların istiqamətui aşağıdakılar ola bilər:
a.     təhsil prosesi iştirakçılarının qarşılıqlı əlaqə tipləri
b.     Bu qarşılıqlı əlaqə tiplərini əhatə edən kontekst
c.      Tələbələrin informasiya ilə işləmə təlabatları
d.     informasiyanın idarə edilməsi alətləri
e.      Ünsiyyətin baş verdiyi mühitin inkişafı imkanları
Bizim ölkə üçün xarakterik məsələ kimi E-təhsilin bünövrəsinin qoyulması və mərhələlər üzrə inkişafı zəruridir.

1.4.“Virtual sinif” İnteraktiv Tədris-Metodik İnstrumental Proqram Kompleksidir. (İTMİPK)

Bu  kompleks imkan verir ki:
1.      ON LİNE ( canlı rejim)OFF LİNE (asinxrom rejim) rejimlərində məşğələlərin hazırlanması və aparılması avtomatlaşdırılsın.
2.      Tədris müəssisəsinin informasiya təhsil məkanının formalaşsın. Bu kompleks müxtəlif səviyyəli təhsil müəsssisələrində (məktəb, texnikum, kollec və s.) tədbiq edilə bilər.
“Virtual sinif” İnteraktiv Tədris-Metodik İnstrumental Proqram Kompleksidir. (İTMİPK) aşağıdakı tələblərə cavab verir:
1.     proqram kompleks (universal) xarakter daşıyır, yəni təhsilin bütün pillələrini, təlimin bütün mərhələlərini, tədris prosesinin bütün iştirakçılarını əhatə edir.
2.     Uyğunlaşma (adaptasiya) qabiliyyətinə malikdir. Yəni, sifarişçinin tələbindən asılı olaraq, bu proqram kompleksi konkret təhsil müəssisəsinin  tələb və imkanlarına uyğunlaşa bilər.
3.     Müəllim və şagird üçün hazırlanan istifadəçi interfeysi çox sadədir.
4.     Müəllim və şagird arasında qarşılıqlı əlaqənin çoxvariantlı təşkili imkanı var (forum, məlumatların ani mübadilə sistemi, audio-radio rabitə əlaqəsi tədrisdə maraqlı tərəflərin şagirdlərin mənimsəmə səviyyəsinə nəzarət imkanı valideynlərin, müəllimlərin, sinif rəhbərlərinin, təhsil idarəsi əməkdaşlarının və s.)
“Virtual sinif” İnteraktiv Tədris-Metodik İnstrumental Proqram Kompleksi (İTMİPK) müəllimə aşağıdakı imkanları yaradır:
1.     Distant təhsil (DT) məqsədilə yaradılan tədris resurslarına baxış;
2.     Yeni tədris resurslarının hazırlanması;
3.     Həmkarları ilə qarşılıqlı əlaqə və ünsiyyət yaratmaq imkanları;
4.     Nümunəvi tədris materialları ilə tanış olmaq imkanları ;
5.     Şagirdlərin icra etdikləri tapşırıqların yoxlanmasının avtomatlaşdırılması ;
6.     Tədris prosesinə aid tədbirlərin planlaşdırılmasında  xüsusi təqvim sistemindən istifadə.
“Virtual sinif” İnteraktiv Tədris-Metodik İnstrumental Proqram Kompleksidir. (İTMİPK) şagirdlər üçün aşağıdakı imkanları var:
1.     Tədris proqramlarına və tapşırıqlarına əlyetərlilik imkanı;
2.     Tədris materialları kimi müxtəlif resurslardan istifadə imkanı;
3.     Hal-hazırda şəbəkədə oaln müəllimlərin və şagirdlərin siyahısına baxmaq, onlarla canlı bağlantı yaratmaq imkanı;
4.     Tədrislə əlaqəli hadisələrin planlaşdırılmasında təqvim sistemindən istifadə.



Hiç yorum yok:

Yorum Gönder

Sayfalar