Bu Blogda Ara

reklam4

9 Temmuz 2016 Cumartesi

Multimedia nedir ve ondan nece istifade olunur?

Multimedia


Multimedia termini iki sözdən “multi” – çox , “media” – daşıyıcı  sözlərindən əmələ gəlmişdir. Ona görə də multimedia dedikdə məlumatların, o cümlədən səsin, qrafiklərin, film kadrlarının və s- nin yadda saxlanılması və təsviri vasitələri başa düşülür. Ümmiyyətlə, multimedia, rəqəmləri, qrafik təsvirləri, səsi, o cümlədən musiqini birləşdirmə texnologiyasıdır.
     Mutimedianın apparat vasitələrinə qrafik adapterlər, monitorlar, videoadapterlər, səs kartları, diskovodlar, o cümlədən CD-ROM –lar daxildir.
     Proqram vasitələrinə isə qrafik redaktorlar,  videotəsvirlərin redaktorları, səs məlmatlarını yaradan və redaktə edən redaktorlar,  həmçinin istifadəçiyə bu və ya digər şəkildə məlumatı təqdim edən tətbiqi proqramlar daxildir. Belə tətbiqi proqramlara misal olaraq kompyuter oyunlarını misal göstərə bilərik.
     +369+-*
Multimedia faylları
WAV – formatlı fayllarda səslər, musiqi, danışıqlar, səs effekləri və s. saxlanılır. Bu faylın adı ingilis sözü olan wave (dalğa) sözündən götürülmüşdür.
AVİ – formatlı fayllarda videoməlmatlar (Audio Video İnterval –ced ) saxlanılır.

        Multimedia avadanlığı.

§  CD-ROM-lar. WAV və AVI faylları adətən böyük yaddaş tuumlu olurlar. Ona görə bu fayllar əsasən kompakt disklərdə saxlanıır. Belə diskləri isə oxuya bilmək üçün kompyuterlər CD –ROM adlanan kompakt diskləri oxuyan qurğularla təmin olnmalıdırlar.
§  Səs plataları. Səs plataları səs fayllarını yaratmaq və səsləndirmək üçün nəzərdə tutulmuşdur. Səs platalarına səs kartları da deyilir. Səs plataları 16 və 32 mərtəbəli olurlar.
§  Mikrofonlar. Mikofonlardan səs fayllarını daxl etmək və səsləndirmək üçün istifadə olunur.

1.           Multimedia avadanlığının sazlanması.

Multimedia avadanıını sazlamaq üçün idarəetmə panelində звуки и аудиоустройства adlı proqram utilit nəzərdə tutulmuşdur. Bu utilitə
Пуск | Настройка | Панель управления | Звуки и аудиоустройства  əmrlər ardıcıllığı ilə müraciət etmək olar. Bu əmrlərin nəticə ekrana Свойства: Звуки и аудиоустройства adlı panel çıxacaqdır.
         Аудио, Речь, Оборудование, Громкость, Звуки adlı beş alt paneldən ibarətdir.
o   Аудио – ( Audio ) alt paneli. Bu panel vasitəsilə, səs faylları yaradılarkən ( yazılarkən ) və bərpa edilərkən (səsləndirilərkən ) səs siqnallarının səviyyəsi (уровен, громкость), həmçinin bu faylları yaradan səs plataları seçilir və qeyd olunur.
o   Речь – panelindən səsi yazma və oxmaq üçün seçilmiş avadanlığın parametrlərini, o cümlədən səs gücünü ( Qromkost) dəyişmək üçün istifadə olunur.
o   Устройство (Devices) alt paneli. Bu alt paneldəki düyməciklər vasitəsilə kompyuterə əavə olmuş mtimediya avadanlıqlarının siyahısı ekrana gətitilir. Həmçinin bu panel vasitəsilə multimediya avadanlığının xassələri parametləri tənzimlənilir və bu avadanlıqlar lazım olmadıqda kompyuterdən kənarlaşdırılır.
o   Громкость – panelinin vasitələrindən yazarkən və oxuyarkən səsin səviyyəsini – gücünü tənzimləmək üçün istifadə olunr
o   Звук – ( Sound ) panelindəki vasitəsilə hər bir sistem hadisəsinə bir səs faylı qarşı qoyulr. Kompyuterə multimediya avadanlığı əlavə olunduqda həmin hadisə baş verdikdə səs faylında yazılmış səs səslənəcəkdir.

2.     Multimedia fayllarının yaradılması və oxunması.

Multimedia fayllarını emal etmək üçün Windows XP sisteminin
 Пуск | Программы | Стандарные | Развлучения
( Start | Proqrams | Accossories | Multimedia)
Menyusunda daha üç əmr  nəzərdə tutulmuşdur.
·        Громкость, Звуказапись, Проигриватель Windows Media.
Громкость proqramı Multimediyanın bütün akustik qurğularında səslənmələrin gücünü ( qromkosti ) təmizləmək üçün nəzərdə tutulmuşdur.
         Bu proqram vasitəsilə ekrana Громкость (Master Out ) adlı panel çıxır. Bu paneldə hər bir Multimedia akustik qurğusunda səsin gücünü tənzimləməyə imkan verən səs tənzimləyicisi vardır. Звуказапись (sound Recorder) əmri vasitəsilə səs faylları həm yazılır, həm də oxudulur. Əmrə müraciət olunduqda ekrana Звуказапись paneli çıxır.
         Səs fayllarını yazılması ( yaradılması ) qaydası isə aşağıdakı kimidir.
1.                          Звуказапись  (Sound Recorder)  panelindəki Fayl (создать)- (File│ New ) əmri yerinə yetirilir.
2.                          Paneldəki запись ( Record ) düyməsi basıllır. Fonoqraf mikrofon (mic) səsi yazmağa başlayır.
3.                          Səsin yazılmasını dayandırarkən Stop ( Stop) düyməsi basılır.
4.                           Sonra fayl файл │сахранить ( File │ Save ) əmri ilə yadda saxlanılır və lazım olduqda emal olunur.
Multimedia fayllarını tərtib etmək- yazarkən onlara Sound Recorder panelindəki Effects menyu, İncrease volume, Decrease Volume, İncrease Speed, Decrease Speed, Add Echo, Reverse əmrləri vasitəsilə bir sıra effektlər də əlavə etmək olar.
Звукозапись vasitəsilə səs fayllarını səsləndirmək və emal etmək, yəni faylın bir hissəsini digərinə əlavə etmək  və yaxud kəsib götürmək olar.
Multimedia fayllarının fraqmentlərinin bir fayldan digərinə köçürülməsi.
Sound recorder – in paneli ekrana gəldikdən sonra:
1.Paneldəki Fayl ( File ) menyusunda Open əmri ilə Multimedia faylları ekrana gətirilir. Bu fayllardan lazım olanının üzərində Mouse-un sol düyməsi sıxılır.
2.Sürüşdürücü ( Polzunok ) qeyd olunacaq fayl hissəsinin əvvəlinə gətirilir.
3. paneldəki Start Selection düyməsi basılır.
4. sonra sürüşdürücü faylda qeyd edilən hissəsinin sonuna gətirilir.
5. End selection düyməsi basılır.
6. Edit  menyusundakı Copy əmri yerinə yetirilir.
7. Sürəti çıxarılmış fayl fraqmentinin yerləşdiyi fayl açılır və kursor fraqmentinin yerləşdiyi mövqeyə gətirilir.
8. Edit│Paste əmri ilə fraqment tələb olunan fayla əlavə olunur.
Windows Media Player aləti Multimedia fayllarını (musiqi , video və s.) kompakt disklərdən və internetdən oxumaq , bütün dünya radiostansiyalarına  qulaq asmaq üçün nəzərdə tutulmuş əsas alətdir. Bu alətə Pusk menyusundan  və Multimedia fayllarını aktivləşdirməklə müraciət etmək olar.
·        Kompakt diskdən köçürmə - Multimedia fayllarının Kompakt diskdən
bərpası.
·        Multimedia fayllarının çeşidlənməsi
·        Radıonun nizamlanması – İnternetdə radio stansiyaların axtarışı və onlara qulaq asmaq.
·        Kompakt diskə Köçürmək – Multimedia fayllarını yeni kompakt diskə köçürdür.
·        Oboloçkanın seçilməsi- Windows Media Player – in xarici görünüşünü dəyişdirir.
Bərpaetmənin idarəetmə düymələri:
·        Bərpaetmə - Media faylı bərpa olunur və tərsinə bərpa olunubsa dayandırılır.
·        Menyu sətrində bütün tətbiqi proqramlarda olduğu kimi , fayllarla işləmək üçün bir sıra menyu əmrləri vardır. Məsələn  fayllar siyahısını açmaq, faylı seçib aktivləşdirmək, faylı bir yerdən başqa yerə köçürmək, Playerin ekranda görünüşünü tənzimləmək və s.
Windows Media Player aləti vasitəsilə multimedia faylını bərpa etmək
üçün həmin fayl alətin  Fayl  əmri əllə tapılıb, aktivləşdirilməlidir.
İkinci üsul həmin faylı tapıb aktivləşdirməkdir.
Fayl aktivləşəndə Windows Media Player aləti avtomatik olaraq ekrana açılacaqdır.


Hiç yorum yok:

Yorum Gönder

Sayfalar