Bu Blogda Ara

reklam4

15 Temmuz 2016 Cuma

Yaş psixologiyasının metodları: psixdiaqnostik metodlar

       Hər bir elmdə fakt, qanun və qanunauyğunluqların aşkara çıxarılmasına həmin elmin spesifik tədqiqat metodları müstəsna əhəmiyyət kəsb edir.Uşaq psixologiyası uşağın psixi inkişafının faktlarını, qanunauyğunluqlarını və xüsusiyətlərini öyrənərkən həm ümumi psixologiyanın, həm yaş psixologiyasının tədqiqat metodlarına, həmdə özünün spesifik metodlarına istinad edir.Uşaq psixologiyasının tədqiqat obyektini uşaqlar təşkil etdiyinə,  uşağın psikası digər yaş qruplarına aid edilən insanların psixikasından fərqləndiyinə görə,onun tədqiqat metodları da məzmunca spesifik cəhətlərə malikdir.Müasir uşaq psixologiyasında uşağın psixi həyatını öyrənilməsində başlıca olaraq aşağıdakı metodlardan istifasə olunur.
     Müşahidə metodu: Uşağı psixi həyatının öyrənilməsində geniş tətbiq olunan emprik metodlardan biri müşahidə metodudur.Müşahidə metodunun vasitəsilə uşağın psixi inkişafının ayrı-ayrı təzahürləri, onun sensor, hərəki emosional sferası, ünsiyyət fəaliyyəti, yaşlılarla qarşılıqlı əlaqə üsullarının xüsusiyyətlərini öyrənilir.Uşağın həyatının inkişaf dövrlərində- ilk uşaqlıq, məktəbəqədər və məktəb yaşı dövründə onun ayrı-ayrı psixi prosesləri ( qavrayış, hafizə, təfəkkür və.s), psixi xusisiyyət ləri ( xarakter, temprament və.s), psixi vəziyyətləri ( əhvalları, affektləri və.s) müşahidə obyekti olaraq götürülür.Bu metodun xarakterik cəhəti ondan ibarətdir ki,o, uşağın psixi fəaliyyyətinin xarici təzahürlərini təbii həyatı şəkildə işləməyə imkan verir.Tədqiqatçı uşaqda nəyi, hansı xüsusiyyətləri və hansı məqsədlə harada, nə vaxt müşahidə edəcəyini irəlicədən müəyyənləşdirməli, bu məqsədlə müşahidə proqramı, gündəliyi və protokolu tərtib etməlidir.Müşahidə zamanı təsadüfən təsadüfə düyil, sistematik olaraq aparılmalıdır.Psixoloji müşahidə bir qayda olaraq, uzun müddət davam etməlidir.Müşahidənin meddəti nə qədər uzun olarsa, əldə edilən faktların verdiyi psixoloji nəticələr bir qədər dərin və etibarlı hesab edilə bilər.Uşaqlar üzərində müşahidəçi uşağın psixi fəaliyyətinin xarici təzahürlərini, onun əşyalarla fəaliyyətini, sözlü mühakimələrini, ifadəli hərəkətlərini və.s izləyir.Müşahidə metodunun tam və seçmə olmaqla 2 əsas növü fərqləndirilir.Tam müşahidə eyni vaxtda uşağın davranışını bir çox cəhətdən izləməyi nəzərdə tutur və o, əsasən uzun müddətli olur, bir neçə uşaq üzərində aparıla bilər.tam müşahidə zamanı daha mühüm, əhəmiyyətli, xüsusilə uşaqda yeni keyfiyyət və təzahürləri əks etdirən faktlar qeydə almalıdır.Tam müşahidənin nəticələri gündəlik qeydlər şəklində yazılır və bu faktlardan uşağın psixi inkişafının qanunauyöunluqlarının aşkarv edilməsində istifadə olunur.
     Seçmə müşahidə zamanı uşağın psxikasının onun davranışının konkret 1 cəhətini izləməyə yönəldiyi üçün məhz seçmə müşahidə adlandırılır.Uşaq opsixologiyasında bəzən tədqiqatın məqsədi və xarakterindən asılı olaraq müşahidə metodunun xüsusi forması olan kamera müşahidəsindən istifadə olunur.Kamera müşahidəsi bir tədqiqat metodu ilk dəfə Amerikan psixoloqu Arnold Gezell tərəfindən ötən əsrin 20-ci illərində tətbiq olunmuşdur.Bu metodun tətbiqi zamanı istifadə olunan xüsusi süşə “Gezell güzgüsü” adlanır.Psixoloq 3 yaşınadək olan uşaqlar üzərində apardığı müşahidələr zamanı foto və kino çəkilişlərindən də istifadə etmişdir.Müşahidənin bu forması xüsusi kamerada aparılır.Uşaqlar onların üzərində müşahidə aparıldığını hiss etməməlidir.Bu metod vasitəsilə xüsusi otağın başqa otaqla ortaq olan divarında əvvəlcədən elə bir şüşə yerləşdirilir ki, onun uşağı olduğu otaqdakı tərəfi güzgü, tədqiqatçıya tərəf olan üzü isə adi şüşədir.Tədqiqatçı uşağın təbii davranışını çox sərbəst izləmək imkanı əldə etmiş olur.Müşahidə metodu ilə əldə edilən nəticələrin obyektivliyi, etibarlılığı və səmərəsi müşahidəçinin ixtisas səviyyəsindən və məqsədin aydın qoyuluşundan asılıdır.Uşağın psixikasının öyrənilməsində istifadə olunan “ana gündəlikləri” adlanan spesifik metod böyük elmi faktlar mənbəyidir.“Ana gündəlikləri” metodu uşağın psixi inkişaf tarixi haqqında qiymətli materiallar əldə etməyə imkan verir.Ayrı-ayrı psixi proseslərin təşəkkülü, psixi keyfiyyətlərin təzahürü haqqında ana gündəlikləri vasitəsilə əldə edilən faktlar uşağın psixi inkişafının tam mənzərəsi haqında zəngin məlumat mənbəyidir.
    Uşaq psixologiyasında tətbiq olunan metodlardan psixogenetik metodlar da əhəmiyyətli yer tutur.Bu metod irsi amillərin və mühitin nə dərəcədə təsirli olduğunu öyrənmək məqsədilə tətbiq olunur.Psixogenetik metodlar sırasında özünün daha çox informasiya tutumu ilə seçiləni əkizlər metodudur.Əkizlər metoduduna görə, monoziqot əkizlərin diziqat əkizlərə nəzərdən daha çox cütdaxili oxşarlığı onlarda öyrənilən əlamətin irsiyyətindən asılılıq dərəcəsi haqqında məlumat əldə etməyə imkan yaradır.Əkizlər metodu əkiz cütlərin üzərində müşahidələrə, həmçinin orta və ana xətti ilə qohumluq əlaqələrinin tarixinə, daha geniş şəkildə qan qohumluğunun müəyyən edilməsinə, bu nəsillərin hansında əkizlərin doğulub- doğulmaması hallarının araşdırılmasına istinad edir.
     Uşaq psixologiyasının metodları əsasında əhəmiyyətli bir metod kimi söhbət (sorğu) metodu özünəməxsus yer tutur.Söhbət metodu məktəbəqədər yaşlı uşaqların psixikasının öyrənilməsində faydalı metodlardan biri hesab olunsa da, o, məhdud səviyyədə həyata keçirilir.Verilən suallar uşaq üçün maraqlı və anlaşıqlı olmalı, uşağı cəlb etməli və onun söhbətə qoşulmasını motivləşdirməlidir.Sual qabaqcadan müəyyən edilməli, hər bi uşağın fərdi xüsusiyyətlərinə uyğunlaşdırmalıdır.Söhbət metodunun xüsusi forması olan klinik söhbətlər ( yunanca kliniki xəstəyə qulluq) metodudur.Bu metod söhbət metodunun nisbətən sərbəst formasıdır, çünki bu zaman davranış reaksiyaları heç də nəzərə alınmır.
    Uşaq psixologiyasında geniş tətbiq olunan metodlardan biri də diaqnostik sorğu metodudur.Tibbi psixologiyanın sahələrindən biri olan psixoterapiyada istifadə olunur.O, uşaqların psixodiaqnostik imkanlarının psixi funksaiya, proses, xassə və keyfiyyətlərinin ölçülüb inkişaf səviyyəsini qiymətləndirmək məqsədinə xidmət edir.
    Uşaq psixologiyasında tətbiq olunan emprik metodlardan biri də anket sorğusudur.Anket sorğusu stastik materialların toplanmasına xidmət edir.Sevimli oyuncaqları, məşğuliyyəti, keçmiş xatirələri haqqında və.s suallara cavab vermək təklif olunur.Bu metod vasitəsilə hər bir uşağın qrupda,yaşıdları arasında mövqeyi, qarşılıqlı münasibətləri xarakteri öyrənilir və qiymətləndirilir.Məktəbdə sinif kollektvində uşaqlar arsında sosial münasibətləri öyrənmək üçün onlara “Sən kiminlə dostluq edirsən”, “Sən kiminlə bir partada oturmaq istərdin”, “Ad gününə kimi dəvət edərdin” və.s kimi suallarla müraciət olunur.Uşaq psixologiyasında istifadə olunan emprik metodlardan biri də fəaliyyət məhsullarının öyrənilməsidir.Bu metod birbaşa uşağın psixi fəaliyyətinə deyil, onun nəticələrinə yönəldilmişdir.Uşaqların quraşdırma, yapma, applikasiya, təsviri fəaliyyət kimi fəaliyyət növləri, onların həm də əqli inkişaf səviyyəsi haqqında informasiya əldə etməyə imkan yaradır.Əqli cəhətdən qüsurlu olan uşaqların çəkdiyi şəkillərinin özlərinin primitiv məzmunu, anlaşılmazlığı, cızma-qara olmasilə seçilir.Bu metod vasitəsilə əldə edilən psixi faktlar o halda etibarlı hesab edilə bilər ki, onların yaradılması zamanı uşağın fəaliyyəti müşahidə edilsin.
    Eksperiment metodu uşaq psixologiyasının metodlarından biridir.Eksperiment metodu uşaq psixikasının daha mürəkkəb təzahürlərini öyrənmək baxımından daha aktiv metod hesab edilə bilər.Bu metodla uşaqlarda əməliyyatlar, obrazlar və sözlər vasitədilə düşünmək və.s bacarıqlarının səviyyəsini öyrənmək mümükündür.
    Kiçik məktəb yaşlı uşaqlarda təfəkkür əməliyyatının inkişaf səviyyəsini müəyyən etmək üçün keçirilən eksperimentlərdən birinə nəzər yetirək: “Kənar əşyalarıntapılması”.Bu eksperiment vasitəsilə uşaqlarda ümumiləşdirmə bacarıqlarının səviyyəsi öyrənilir.Bu iş üçün 4 əşya çəkilmiş kartoçkalar dəsti tələb olunur.Ən sadə və ən çətin olmaqla mürəkkəblik dərəcəsinə görə fərqli ola bilər.Uşağın qarşısına artan çətinlik prinsiplə düzülmüş kartoçkalar qoyulur.Təlimat ən sadə kartoçka üzərində verilir: “Hər bir kartoçkada 4 şəkil çəkilib, onlardan 3-ü oxşardır və onları bir adla adlandırmaq olar.4-ü onlarla uyğun gəlmir.Uyğun gələn 3 əşyanın hansı bir sözlə ifadə etmək olar? Təcrübəçi uşaqla birgə I kartoçkanı nəzərdən keçirir.Oradakı 3 əşyanı eyni sözlə ifadə etməkdə ona kömək göstərir.Protokolda kartoçkanın  №-nin qarşısında uşağın təcrid etmək istədiyi əşyanın adını, digər sütunda isə qalan 3 əşyanın ifadə etdiyi söz yazılır.Əgər uşağın cavabı doğru deyilsə, təcrübəçi yönəldici sual verir, həm sual həm də uşağın cavabı protokolda qeyd olunr.Uşaq kartoçkada təsvir olunmuş 4 əşyadan 3-ü ümumiləşdirərək, sintez edərə onlarla uyğun olmayan əşyanı kənarlaşdırmalıdır.
    Fikri dağınıq, əqli cəhətdən qüsurlu olan uşaqlar bu təlimatı anlaya bilmir və tapşırığı icra etməyi bacarmırlar.Normal əqli inkişafa malik olan uşaqlar ilk kartoçkadakı sadə məsələləri həll etsə də, sonrakı mürəkkəb məsələlərin həllində çətinlik çəkirlər.Bu kartoçkaların birində tərzi, saat, termometr və güzgü şəkli çəkilib.Uşaq təri, saat və termometri ümumiləşdirərək bir adla- “ölçü cihazları” kimi qeyd etməli, güzgünü isə kənar əşya kimi fərqləndirməyi bacarmalıdır.
    Tədqiqatın məqsədindən asılı olaraq bəzən psixoloji eksperimentlər labaratoriya şəraitində xüsusi aparatların köməyi ilə aparıla bilər və bu iş labaratoriya eksperimenti adlanır.Məsələn uşaqda görmə gözün hərəkətini qeydə almaq üçün xüsusi cihazdan istifadə olunur.Son illər uşaq psixologiyasında davranışın ümumi xüsusiyyətlərini öyrənmək üçün videokamera, fotoaparatdan istifadə olunur.
    Psixoloji eksperiment diaqnostik dəyərə malik metodlardan biridir.Bəzən uşaqlar texniki cihazlardan qorxduqlarına görə, onlara maraqlı oyunlar, cəlbedici əyləncələr, fəaliyyət növləri, vasitəsilə eksperiment aparılır.
    Uşaq psixologiyasının tədqiqat metodlarından biri də testlər metodudur.Test “təcrübə”, “sınaq” deməkdir.xüsusi seçilmiş, qısamüddətli tapşırıqlar sistemi olan test diaqnostik dəyərlərə malikdir.Test anlayışı ilk dəfə amerikan psixoloqu F.Halton tərəfindən işlənmiş, sonralar isə D.Kettelin tədqiqatlarında geniş tətbiq olunmuşdur.XX əsrin əvvəllərində test formalı yeni sintetik eksperiment metodunu tətbiq etmişdir.
    Məktəb yaşlı uşaqlara keçirilən testlər vasitəsilə onların intellektual imkanlarını və şəxsi keyfiyyətlərini ölçmək, kəmiyyət və keyfiyyət baxımından qiymətləndirmək mümkündür.Belə testlərə müvəffəqiyyət, istedad testlərini misal ola bilər.
    Psixoloji tədqiqatların sonunda müxtəlif metodlar vasitəsilə əldə edilmiş faktların kəmiyyət və keyfiyyət baxımından təhlili üçün riyazi – statistik təhlil metodundan istifadə edilir.Bu baxımdan uşaq psixologiyasında psixi faktların riyazi təhlili üçün alternativ, korrelyativ və variativ təhlili adlanan riyazi metodlardan istifadə olunur.Riyazi-statistik təhlil metodu vasitəsilə əldə edilmiş nəticələr müxtəlif cədvəllərdə, qrafik və diaqramlarda, faiz göstəricilərində, rəqəmlərlə əks olunur.
 

Hiç yorum yok:

Yorum Gönder

Sayfalar