Bu Blogda Ara

reklam4

6 Temmuz 2016 Çarşamba

Ana dili standart numunesi

Ana dili

1.5. Məzmun standartları

I   S İ N İ F

I sinfin sonunda şagird:

·         Dinlədiyi fikri anladığını nümayiş etdirir;
·         Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir;
·         Qarşılaşdığı yeni sözlərin mənasını başa  düşdüyünü  nümayiş   etdirir;
·         Oxu texnikası və ilkin oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir;
·         Yazı texnikasına və ilkin yazı bacarıqlarına yiyələndiyini  nümayiş etdirir;
·         Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

1.  Dinləyib-anlama danışma

Şagird:
 1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.

1.1.1. Dinlədiyi sadə fikrin mahiyyətini  şərh edir.
1.1.2. Dinlədiyi fikrə münasibətini bildirir.

1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1.   Müşahidə etdiyi əşya,  hadisələr haqqında və şəkillər üzrə  danışır.
1.2.2.   Dialoqlarda sadə nitq etiketlərindən istifadə edir. 
1.2.3. Nitqində sadə bədii ifadələrdən istifadə edir.
1.2.4. Nitqində  müvafiq jest və mimikalardan istifadə edir.
                                                 2. Oxu

Lüğət ehtiyatının zənginləşdirilməsi

2.1.  Qarşılaşdığı yeni sözlərin mənasını başa  düşdüyünü  nümayiş   etdirir.
 2.1.1 Rast gəldiyi yeni əşya və hadisələrin adlandırır.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını sadə formada izah edir.
2.1.3. Yaxınmənalı və əksmənalı sözləri fərqləndirir.
2.1.4. Öyrəndiyi yeni sözləri cümlə içərisində işlədir. 



2.2. Oxu texnikası və ilkin oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
 Nitq səslərini heca daxilində və ayrıca  tələffüz edir.
2.2.2. Səsləri hecalarda birləşdirir və oxuyur.
2.2.3. Sözləri hecalarla oxuyur.
2.2.4. Sözləri bütöv oxuyur.
2.2.5. Kiçikhəcmli mətnləri müəyyən olunmuş tələblərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli  oxuyur.
2.2.6. Müxtəlif bədii mətnləri (nəzm,nəsr) fərqləndirir.
2.2.7. Mətni mənaca    bitkin hissələrə ayırır, şəkilli planını tutur.
2.2.8. Mətndəki  əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir.
2.2.9. Mətnin məzmununu nəql edir.

3. Yazı
Şagird:
 3.1. Yazı texnikasına və ilkin yazı bacarqlarına yiyələndiyini  nümayiş etdirir.

3.1.1. Hərflərin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca düzgün yazır və bitişdirir.
3.1.2. Hərfləri kalliqrafik cəhətdən düzgün  yazır və  bitişdirir.
3.1.3. Əl yazısı şəklində olan  sözləri və kiçikhəcmli  mətnləri üzündən köçürür.
3.1.4. Marağına uyğun seçdiyi kiçikhəcmli nəzm nümunəsini əzbərdən yazır.
3.1.5. Kiçikhəcmli nəzm nümunələrinin məzmununu qısa şəkildə yazır.
3.1.6. Bir neçə cümlədən ibarət  müşahidə xarakterli rabitəli mətn yazır.
3.1.7. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilmiş sadə  əməli yazılar (məktub, açıqca) yazır.

4. Dil qaydaları
Şagird:
 4.1. Şagird  zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1. Səs və hərfi adlandırır və  onları fərqləndirir.
4.1.2. Sait və samit səsləri tanıyır.
4.1.3. Sait səslərə görə sözləri hecalara ayırır.
4.1.4. Böyük  və kiçik hərfləri  fərqləndirir.
4.1.5.  Hərfləri əlifba sırası ilə sadalayır.
4.1.6. Tək və cəm anlayışlarını nümunələrlə izah edir.
4.1.7. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır və  fərqləndirir.
4.1.8.  Cümləni tanıyır və  əsas əlamətlərini sadalayır.
4.1.9. Məqsəd və intonasiyaya görə cümlələri  fərqləndirir.
                                                                  

Hiç yorum yok:

Yorum Gönder

Sayfalar