Bu Blogda Ara

reklam4

8 Temmuz 2016 Cuma

Azərbaycan təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsəd və vəzifələri

1.1.         İnformatika elmi haqqında məlumat

İnformasiya–latınca, “informatio” sözündən götürülüb, - “məlumat”, “xəbər”, “siqnal” toplusudur. Bəşəriyyət yarandığı gündən informasiya axını içərisində yaşayır. Qədim zamanlarda informasiyanın qəbulu, ötürülməsi sadə üsullarla, məsələn, qayaüstü təsvirlərlə,barmaqlarla, səslərlə, daşlarla, siqnallarla, daha sonra heroqliflərlə və müxtəlif simvollar vasitəsilə yerinə yetirilirdi.
İnformasiya mübadiləsində ilk inqilabi dəyişiklik yazının meydana gəlməsi ilə bağlıdır.  Yazının meydana çıxması üçün bəşəriyyətə 500milyon il lazım gəlmişdir.
İnformasiya mübadiləsində II inqilabi dəyişiklik kitab çapı ilə bağlıdır. Yazının kəşfindən ilk kitab çapına qədər 5000 il vaxt keçmişdir.
İnformasiya mübadiləsində ən böyük çevriliş kompyuterlərin meydana çıxması sayəsində mümkün oldu.
Müasir dövrdə informasiya mübadiləsi üçün mətbuat, televizor, telefon və kompyuterlər istifadə edilir. İnkişaf səviyyəsinə görə hətta uzaq məsafələrə - dünyanın istənilən nöqtəsinə informasiya ötürülə və ya oradan qəbul edilə bilir. 
     İnsanlar görmə ilə informasiyanın 90%-ni, eşitmə ilə 9%-ni, hissetmə ilə 1%-ni qəbul edirlər.
Müəyyən bir sistemə xarici mühitdən  daxil olan, lazım gələrsə, burada yadda saxlanılan və ya emal edilən və xarici mühitə ötürülən məlumatlar, xəbərlər, siqnallar, təsvirlər məcmusuna informasiya deyilir. İnformasiya sözünü ilk dəfə XX əsrin 60-cı illərində fransızlar işlətmişlər.Daha sonra kibernetika elminin bir qolu kimi informasiya üzərində işləyən informatika elmi yaranmışdır. İnformasiyanın sürətli inkişafı müasir dövrdə istifadə edilən kompyuterlərin yaranmasına qədər böyük bir yol keçməsinə səbəb olmuşdur.  İnsanın informasiyaya  münasibəti  informasiya emalının avtomatlaşdırılması  mümkünlüyündən  sonra kökündən  dəyişməyə və inkişaf etməyə  başlamışdır. Bunun  da nəticəsində  yaradıcı və mütəxəssis  insanların  intelektual  fəaliyyətinin məhsulu kimi  informasiya  ehtiyatları  sürətlə  çoxalmağa  başlanmışdır.İnformatika -  kompyuterlərdən və şəbəkələrdən, xüsusən İnternetdən istifadə etməklə bağlı olan yeni fənn və yeni informasiya sənayesi sahəsidir. 
İnformatika” fənn və elmi istiqamət kimi kompyuterlərin köməyi ilə informasiyanın yığılması, emalı və ötürülməsinin metod, prinsip və qanunlarını öyrənir.
İnformatikanın fundamenti (əsası) - hesablama prosesləri və hesablama maşınları, sistemləri, şəbəkələrinin təşkili haqqında olan hesablama elmləridir.
   İnformasiyanın 1) faydalılıq, 2) tamliq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s. kimi xassələri vardır.
   İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər.
   İnformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və onu digər əlifbaya da keçirmək olar.
İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur.
Verilənlər” (ingiliscə data
texniki vasitələrlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır.
İnformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi kimi bit (ingiliscə binary digit sözundən) qəbul edilmişdir. İnformasiyaların elmi qiymətləndirilməsi ilk dəfə 1928-ci ildə R.Xartli tərəfindən  verilmişdir. İnformasiyaların miqdarını tapmaq üçün o aşağıdakı düsturu təklif etmişdir:
İ=log2N
Burada N- bərabərehtimallı hadisələrin sayı, İ məlumatdakı bitlərin sayıdır.
Məsələn, kürənin 3 qutudan birində olması haqqında məlumat İ=log23=1.585 bit informasiyadır. Kürənin 8 qutudan birində olması haqqındakı məlumat 3 bit informasiyadır.
Praktikada isə əsasən aşağıdakı   daha böyük informasiya ölçü vahidləri işlədilir:
1 Bayt=8 bit;   1 Kb = 1024 bayt = 210 bayt;     1 Mb= 1024 Kb = 220 bayt;        1Gb= 1024 Mb = 230bayt;   1Tb = 1024 Gb = 240bayt;
İnformasiya prosesləri və onların avtomatlaşdırılması. Kompyuter texnikasının yaranması və inkşafı nəticəsində informasiya proseslərinin avtomatlaşdırılması daha da sürətlənmişdir.

İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, simli və ya simsiz rabitə kanalları ilə emal vasitələrinə ötürülməlidir.

İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra müasir kompyuterlərdə istifadə olunan daşıyıcılarlda -  maqnit və lazer disklərində və  qurğularıında saxlanır.

İnformasiya axtarışı və emalı. İnformasiyanın emalı qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. Aftomatlaşdırılmış üsulla kompyuterdə emal olunan informasiya istifadəçilərə adətən kompyuterin xarici qurğuları ilə (monitor, printer, qrafikçəkən qurğu və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.
İnformatika elmində aşağıdakı 3 əsas bölməni ayırmaq lazımdır:
          I - öyrənmə obyekti – informasiya. Bu bölmə informasiya anlayışının bir fundamental anlayış kimi mahiyyətini, onun rolunu, ölçülməsini və bu anlayışla bağlı digər məsələləri aydınlaşdırır. 
         II – insan yaradıcılığının bir xüsusiyyəti kimi alqoritmik yaradıcılıq. Bu mərhələdə mərkəzi yer alqoritm anlayışıdır.
        III – kompyuterlərin yeni əmək aləti kimi, informasiyanın toplanması, saxlanması, çevrilməsi və istifadəsi ilə bağlı mümkün məsələlərin həlli üçün kompyuterlərin tətbiqi. Bu bölmədə əsas məsələ kompyuterlərdə məsələ həllinin tədrisi, proqramlaşdırmanmın öyrədilməsi, eləcə də kompyuter texnologiyalarından gələcək peşə fəaliyyətində istifadə edə bilməyi öyrənməkdir.
Informatikanın  ən mühüm və vacib fənlərdən biri kimi əksər dünya ölkələrinin təhsil sistemlərində öyrənilməsinə xüsusi diqqət yetirilir. Informatika insanın zehni inkişafına kömək edir, məntiqi təfəkkürün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsində əhəmiyyətli rol oynayır.
İnformatika bir elm sahəsi kimi gündəlik həyatda, dəqiq  və humanitar elm sahələrinin inkişafında, texnika və müasir texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. İnformatika insanların elmi, praktiki biliklərinin genişlənməsində, yeni ixtisaslara yiyələnməsində mühüm rol oynayır. 
 İnformatika fənni insanları informasiyalaşmış cəmiyyətdə praktik həyati fəaliyyətə hazırlayır. O, dünyadakı elektron informasiya resurslarını təhlil etmək bacarıqlarını formalaşdırır.
                         Kompyuterlərin yaranması və inkişaf tarixi
Kompyuter ingiliscə “compüter” sözündən götürülüb, “hesablayıcı” deməkdir. Qədim zamanlarda hesablama vasitəsi kimi barmaq hesabından istifadə edilmişdir. Daha sonra çubuqlar, iplər üzərində düyünlər, qayaüstü təsvirlər, daşlarla hesablamaları göstərmək üçün istifadə edilir. Qədim Roma tarixçisi Plineyin yazdığına görə o zaman Romanın ən böyük meydanı-Forumda  ucaldılan Yanus allahının sağ əli 300 rəqəmini, sol əli ilə 55 ədədini göstərirdi. Bu da təqribən ilin günlərinin barmaqla göstərilməsidir. Barmaqla hesablama sadə görünsə də, əslində geniş hesablamaların yerinə yetirilməsində böyük rol oynayır. Bu nəzəriyyə haqqında ilk məlumatı 673-755-ci illərdə yaşamış Poçtenni özünün hesablama haqda kitabında geniş şərh etmişdir. Eradan 2500 il əvvəl Qədim Çondə və Hindistanda ilk hesablama aləti olan abak yaradılmışdır.
Sonradan Avropaya gətirilən abak Amper tərəfindən təkmilləşdirilərək çötkə şəklində istifadə edilməyə başladı. Bir-birinin ardınca yaradılmış müxtəlif hesablama vasitələri daha da təkmilləşmiş formada insanların köməyinə çatmışdır. Belə hesablama vasitələrindən loqarifm xətkeşini, hesablama cədvəllərini və s. göstərmək olar. İnformasıya axını inkişaf etdikcə böyük hesablamalara ehtiyac yaranırdı.
XVII əsrin ortalarında ilk hesablama maşını (cəmləyici-Paskalina) yaranmışdır. Bu maşın Kembric Universitetinin tələbəsi, sonralar görkəmli fransız riyaziyyatçı alimi olmuş Blez Paskal yaratdı. Paskalın maşını yalnız toplama əməliyyatını yerinə yetirirdi.
XVII əsrin sonlarında alman alimi Vilhelm Leybnis ilk analiitik hesablama maşını (pilləvarı hesablayıcı) yaratdı. Onun maşını bütün hesab əməllərini yerinə yetirə bilirdi. Bir-birinin ardınca yaradılmış hesablama maşınları müxtəlif məqsədlər üçün  istifadə edilməyə başladı.
 XIX əsrin əvvəllərində ingilis alimi Bebbic müasir kompyuterlərin də iş prinsipini yerinə yetirə bilən hesablama qurğularının layihəsini hazırladı. Onun layihələrinə görə hesablama maşınlarının giriş-çıxış qurğusu,yaddaş və idarə qurğuları olmalı idi. O dövrün imkanlarına görə Bebbic layihəsini həyata keçirə bilmədi. Ölümündən sonra oğlu bu layihə əsasında bir neçə qurğunu hazırlayıb sınaqdan keçirdi. Bebbicin maşını üçün ilk proqramı böyük ingilis şairi Bayronun qızı Ada Avqusta Lavleys yazmışdı. Lavleys ilk proqramçı hesab olunur.
 1936-cı ildə bolqar alimi Atanasov riyazi fizika tənliklərini həll etmək üçün elektron maşını yaratdı. 1942-ci ildə ingilis alimi Tyurinq  elektron hesablama maşını yaratdı. Müharibə illərinə təsadüf etdiyi üçün o, öz maşınını kəşf kimi elan edə bilmədi. Ancaq 1975-ci ildə onun bu maşının həmin dövrə aid olduğu müəyyən oldu. 1946-cı ildə Harvad Universitetinin əməkdaşları Mouçli və  Ekkert ENİAC adlı ilk elektron hesablama maşını yaratdılar. ENİAC sözü  - Electronic Numerical İntegrator And Calculator – sözlərinin baş hərfindən götürülmüşdür. ENİAC maşınlarının çəkisi 30 ton, iş sürəti saniyədə 5000 əməl, lampaların sayı isə 18000 idi.
 1947-ci ildə Mouçli, Ekkert və Neyman EDVAC–adlı maşın yaradaraq  ENİAC-ı xeyli təkmilləşdirdilər. O, dövrdən başlayaraq müxtəlif ölkələrdə elm və texnikanın inkişafı bir-birindən əsaslı şəkildə fərqlənən və daha keyfiyyətli hesablama-maşınları yaradılırdı. Bizim indi istifadə etdiyimiz kompyuterlər elmin ən böyük kəşfi, qələbəsi hesab edilir. Artıq kompyuterlər bütün sahələri əhatə etmiş, bütün sahələrdə çalışan insanların köməkçisinə çevrilmişdir.  Kompyuterlər yalnız hesablamır, o həm də gözəl sənədlər, proqramlar, oyunlar yaradır, müxtəlif təsvirlərin, video  görünüşlərin keyfiyyətini yüksəldir, internet vasitəsilə dünya ilə əlaqələr yaradır. Yeni yaradılmış kompyuterlər hətta təfəkkkür qabiliyyətinə malikdir. Belə kompyuterlər şeir yazır, mahnı bəstələyir və müstəqil qərar çıxarır. Müasir kompyuterləri diplomatda və cibdə gəzdirə bilərik. Müasir texnikanın əksər sahələri kompyuterləşmişdir. Məs: cib-telefonları, televizorlar, paltaryuyanlar və s. hətta müxtəlif ev əşyaları, zavod-fabriklərdə dəzgahlar, kosmos, nəqliyyat kompyuterləşdirilmiş vəziyyətdə istifadə edilir.
                                          Kompyuterin nəsilləri

İnkişaf tarixinə və element bazasına görə kompyuterləri bir neçə nəslə bölmüşlər. XX əsrin 1958-cı illərinədək yaradılan hesablama maşınları I nəsil maşınlarıdır. I nəsil maşınların element bazası elektron lanpaları –diod, triod-lar olmuşdur. Onların iş surəti saniyədə 20.000 əməliyyat olmuşdur. Çox enerji sərf edir, 7 saniyədən bir lanpalar yanırdı. Böyük bir ərazini tuturdu, onlarla iş çox çətin olurdu.
Tezliklə birinci nəsil kompyuterləri II nəsil kompyuterləri əvəz etdi. Bu maşınlar elektron lanpaları ilə yanaşı yarımkeçirici tranzistorlardan ibarət idi. İş surəti saniyədə 100.000 əməliyata çatmışdır.
1964-cü illərə qədər istifadə edilən II nəsil kompyuterləri öz yerini III nəsil kompyuterlərinə verdi. Bu kompyuterlərin həcmi xeyli kiçik, iş surəti böyük idi,  saniyədə 1 milyon əməliyyat yerinə yetirirdi. Onun elementləri kristal lövhələr üzərində yığılmış inteqral mikrosxemlərdən təşkil edilmişdir və proqramlarla işləyirdi. Onlara proqram əmrlərinə uyğun üzərində yuvalar açılmış  karton lövhə-perfokarta daha sonra perfolent maqnit lentləri vasitəsilə daxil edilirdi.
         Fərdi kompyuterlərin yaranması ilə IV nəsil kompyuterlərin yaradılması başlanır. IV nəsil kompyuterləri artıq masa üzərində yerləşdirilə bilir və iş surəti çox yüksək idi. Onlar saniyədə 100 milyonlarla əməliyyatı yerinə yetirə bilir. Onların element bazası silisumla ötürülmüş kiçik kristal lövhə üzərində yığıılmış böyük inteqral mikrosxemlər- mikroprosesorlar idi. İstifadə etdiyimiz müasir kompyuterlər IV nəsil kompyuterlərin son variantlarıdır. IV nəsil kompyuterlərə İBM, Yamaxa, Corvet və hal hazırda Pentium 1,2,3,4,5 və s. tipli kompyuterləri göstərmək olar. Fərdi kompüterlərin istehsalı ilə əsasən iki kompaniya: IBM və Apple  məşğul olur. Bu firmaların kompüterlərində əməliyyat sistemləri köklü surətdə  bir-birlərindən fərqlənir. Apple firmasının istehsal etdiyi fərdi kompüterlərdən   əsasən  ABŞ-ın  daxili  bazarında  geniş istifadə  olunur. IBM firmasının istehsal etdiyi  fərdi kompüterlərdən isə ən çox Afrika və Asiya qitəsinin ölkələrində istifadə olunur. IBM PC tipli fərdi kompüterlərdə Microsoft  firmasının istehsalı olan MS – DOS, Windows 98x və s. əməliyyat sistemlərindən istifadə olunur.  Apple firmasının kompüterlərində isə Mac 7.0., Mac OSx Server  əməliyyat sistemlərindən  istifadə olunur. Apple firmasının  kompüterləri konstruktiv olaraq IBM firmasının kompüterlərindən fərqlənir. Bu firmaların eyni tezliyə malik olan kompüterlərində Apple firmasının kompüterlərinin məhsuldarlığı IBM firmasının kompüterlərinin məhsuldarlığından 30% çox olur və bunun hesabına onun qiyməti də baha olur.
Apple firmasının  kompüterləri «Macintosh», IBM firmasının kompüterləri isə  «Pentium» adı ilə satışa çıxarılır.Hazırda dünya  fərdi kompüter parkının 10%-ni «Macintosh», 80%-ni isə IBM PC fərdi kompüterləri təşkil edir.Ümumiyyətlə, dünya kompüter parkının 90% -nı  fərdi kompüterlər təşkil edir.
Müasir fərdi kompüterlərdə ifrat böyük inteqral sxemlərdən istifadə  portativ kompüterlərin  yaranmasına səbəb olmuşdur. Ölçülərinə və çəkisinə görə bu kompüterlər  çox kiçik formada olur.  Portativ kompüterlərin özləri də “Laptop”, “Notebook”, “Palmtop” sinfinə bölünür. Portativ kompürterlər hesablama məhsuldarlığına ğörə stolüstü kompüterlərdən geri qalmır və az elektrik enerjisi tələb edir, akkumlyatorla uzun müddət işləyə bilir, ekranları maye kristaldan hazırlanır. “Notebook”un ölçüsü təqribən 50x279x215mm, çəkisi 2,2¸4,5 kq,ekranın ölçüsü isə 11,3 ¸17 dyüm olur
 V nəsil kompyuterlər hal-hazırda yaradılır və ilk növləri sınaqdan keçirilir. Bu maşınlar təfəkkür qabiliyyətinə malikdir. Bunların element bazasını insan beynini təşkil edən neyronların funksiyasını yerinə yetirən mikroprosessorlar-super böyük inteqral sxemlər təşkil edir.
                                      İnformasiyanın kodlaşdırılması
İnformasiya mübadiləsi zamanı müxtəlif təbii dillərdən (Azərbaycan, rus, ingililis və s.) istifadə edilir. Bu dillərin hər birinin əsasıni onun əlifbası (simvollar yığımı, işarələr şoxluğu) təşkil edir. Əlifbanın simvollar ardıcıllığı müəyyən qrammatik qaydalara uyğun olaraq dilin əsas obyektini – sözü təşkil edir. Sözlər müəyyən qaydalar əsasında cümlələr əmələ gətirir. Bu sintaksis adlanır. Təbii (danışıq) dillərlə yanaşı bir sıra formal dillər (hesablama sistemi, rəqəmlər, riyazi işarələr, simvollar, musiqinin notlar
la yazılışı, proqramlaşdırma dilləri və s. ) də yaradılmışdır və təbii dillərdən fərqli olaraq formal dillərdə əlifba, qrammatika və sintaksis birqiymətli təyin edilmişdir.
Kompyuterlərdə informasiya mübadiləsi informasiyanın kodlaşdırılması və dekodlaşdırılması şəklində baş verir. Həqiqətən də, istifadəçi klaviaturadan  istənilən işarəni kompyuterə daxil etdikdə, həmin simvol  kompyuterə kodlaşdırılmış, “kompyuter kodu” şəklində daxil olur.
Kodlaşdırma informasiyanın bir şəkildən digər şəklə çevrilməsi, bir işarələr sisteminin işarələr qrupunun digər işarələr sisteminin işarələr qrupu ilə ifadə edilməsidir.
Mətnlərin kodlaşdırılması zamanı əsasən: a) xüsusi şəkillər və işarələrdən istifadə etməklə qrafiki kodlaşdırmadan; b) ədədlər və onların kombinasiyaları vasitəsilə ədədi kodlaşdırmadan; c) əlifbanın simvollarının köməyilə simvol kodlaşdırmadan istifadə olunur.
Mətnin kodlaşdırılması üçün istifadə olunan simvollar yığımı əlifba adlanır.
İstənilən simvol monitorun ekranına çıxdıqda və ya printerdə çap olunduqda isə əks proses – dekodlaşdırma prosesi gedir və simvol qrafik təsvirlə deyil, təbii dildə təsvir edilən şəkildə görünür.
Bilirik ki, kompyuter informasiyaları elektrik siqnalları şəklində qəbul edir. Istənilən informasiya 0 (sıfır) və 1 (bir) rəqəmlərinin ardıcıllığı şəklində kodlaşdırılır. Kopmüterlərdə hər bir simvola onun ikilik kodu adlanan və 2-lik say sisteminin rəqəmləri (0 və 1) ilə təsvir edilən ədəd uyğun gəlir. ASCİİ (Amerikanin standart kodlaşdırma sistemi) kodlaşdırma sistemi bu məqsədlə istifadə edilən əsas sistemdir. Bu sistem 28 - 256 simvolun kodlaşdırılmasına imkan verir. Bu cədvəl MS_DOS əməliyyat sistemində istifadə olunur və CP-866 adlanır. Bu sistemdə, məsələn, A hərfi 0100 0001 kimi, B hərfi 0100 0010 kimi kodlaşdırılır, Bu hərflərin kodlarından istifadə edərək BABA sözünü aşağıdakı kimi kodlaşdırmaq olar:
0100 0010 0100 0001 0100 0010 0100 0001
Windows əməliyyat sistemində CP-1251 kodlar cədvəlindən istifadə olunur. Bu cədvəlin CP-866 cədvəlindən fərqi  ondadır ki, burada latın əlifbasının hərfləri eyni, rus əlifbasının hərfləri fərqli təsvir olunur. Məsələn, rus əlifbasının A hərfi CP-866 cədvəlində 10000000(128) kimi, CP-1251 cədvəlində isə 11000000 (192) kimi təsvir olunur. Bu cədvəllər birbaytlı cədvəllər adlanır.  Hazırda ikibaytlı UNİCODE kodlaşmasından istifadə olunur. Bu kodlaşma 216 – 65536 sayda simvolu kodlaşdırmağa imkan verir.
Qrafiki informasiyalar da kompyuter yaddaşında kodlaşdırılır. Qrafiki obyektlər nöqtələr (piksel) çoxluğundan təşkil olunur. Hər bir piksel ekranda müxtəlif 3 nöqtədən ibarətdir. Onların birləşməsindıən ekranda rəngarəng palitra alınır. Misal üçün ölçüləri 200x200 (piksel), bit dərinliyi 8 olan şəklin  informasiya tutumu 200x200x8:8=40000 bayt olar. Eyni ölçüyə malik olan ağ-qara şəklin informasiya tutumu 200x200x1:8=5000 baytdır. Musiqini kodlaşdırmaq üçün 3 parametrdən istifadə olunur.1-ci səsin herts-lə ölçülən real fiziki tezliyi (hündürlüyü), 2-ci notun tam ədədlərlə ifadə olunan uzunluğu, 3-cü isə səsin gurluğu (amplitudası). Kodlaşdırılma prosesində kəsilməz səs dalğaları diskretləşdirilir. Başqa sözlə desək, kəsilməz səs dalğaları çox kiçik zaman intervallarına bölünür və hər bir zaman intervalında onun amplitudası ölçülür. Müasir səs kartları səsin16 bitli kodlaşdırılmasını tələb edir. Belə ki, onlar 216 =65536 sayda siqnal səviyyələrini kodlaşdırmağa imkan verir. 1 saniyəlik stereoaudiofaylın yüksək keyfiyyətli səsləndirilməsi üçün  16 bit x 48000 x 2 = 1536000 bit = 192000 bayt=187.5 kbayt  yaddaş tələb olunur. 10 saniyəlik stereoaudiofaylin yüksək keyfiyyətli səsləndirilməsi üçün 1.83 mbayt yaddaş tələb olunur. 10 saniyəlik yüksək keyfiyyətli video informasiya isə daha çox, 15-20 mbayt yaddaş tələb edir.

1.2. Müasir informasiya texnologiyaları

Qeyd olunmalıdır ki, son illərdə  “İnformatika” termini əvəzinə “Kompyuter texnologiyası” və ya “İnformasiya texnologiyası” terminlərindən  daha çox  istifadə olunur.
Texnologiya” yunan sözü olub (techne (bacarıq)+logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir. Bu nöqteyi-nəzərdən  kompyuter texnologiyası baxılan sahədə kompyuter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir.
İnformasiya texnologiyası - informasiya ehtiyatlarından istifadə olunması proseslərini asanlaşdırmaq, onların etibarlığını və operativliyini çoxaltmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən və vahid texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur.
İnformatika, eləcə də  İnformasiya texnologiyaları elmi inkişaf etdikcə yeni-yeni elmi terminlər, anlayışlar da meydana gəlmiş və gündəlik həyata daxil olmuşdur. Bunlara misal olaraq: İnfokommunikasiya, informasiya infrastrukturu, informasiyalaşma, informasiya mühiti, informasiya cəmiyyəti, informasiya resursları və xidmətləri, biliklər bazası, audio-video konfrans, telekonfrans, axtarış serverləri, relevant informasiya, spam, provayder, host, çat, meynfreym, LAN, WAN,  XML, HTTP və s. göstərmək  olar.
Müasir cəmiyyət informasiya cəmiyyəti adlanır. İnformasiya cəmiyyətinin əsas atributları aşağıdakılardır:
1.                Kağızsız (elektron sənədləşmə və işgüzarlıq, onlara məqsədyönlü inkişaf üçün dövlət yardımı;
2.    Əhalinin informasiya (kompyuter, şəbəkə) savadlılığının həyata keçirilməsinə və təkmilləşdirilməsinə dövlət qayğısı;
3.    İnformasiyanın əşyaya çevrilməsi (bu kateqoriyaya məxsus bütün atributlar);
4.    İnkişaf etmiş (intellektual) və əldə olunan verilənlər və biliklər bazasına, eləcə də internet informasiyalarına müntəzəm çıxış;
5.    Cəmiyyətin bütün sistemlərinin informasiyalaşdırılması və onların informasiya təhlükəsizliyi.
İnformasiya üzrə görkəmli mütəxəssislərdən biri D.Robertson (ABŞ) demişdir: “sivilizasiya – informasiyadır”. O informasiyanın riyazi nəzəriyyəsinin ədədi üsullarına əsaslanıb sivilizasiyaları onların istehsal etdiyi informasiyaların miqdarına görə aşağıdakı 5 səviyyəyə bölmüşdür:
0-ci səviyyə - ayrıca götürülmüş bir fərddən ibarət olan sivilizasiyadır. Belə fərdin beyninin informasiya tutumu təqribən 107 bitdir.
 1-ci səviyyə - icma və ya qəbilədaxili şifahi ünsiyyətə malik sivilizasiya. Dövriyyədə olan informasiya 109 bitə bərabərdir.
2-ci səviyyə - yazı mədəniyyətinə malik sivilizasiya başa düşülür. Belə cəmiyyətin informasiyalılığı 532800 bükümdən ibarət olan qədim Aleksandriya kitabxanasının informasiya tutumu ilə qiymətləndirilir ki, bu da təqribən 1015 bit informasiya deməkdir.
3-cü səviyyə - kitab mədəniyyətinə malik olan sivilizasiya başa düşülür. Onun informasiya tutumu təqribən 1021 bitlə qiymətləndirilir.
4-cü səviyyə - informasiyaların elektron emalına malik informasiya cəmiyyəti başa düşülür. Belə cəmiyyətin informasiya tutumu təqribən 1025 bit təşkil edir. Bu isə 1012terabayt və ya 1015 sayda 1 qiqabaytlıq bərk disk (vinçester) deməkdir.
Yeni informasiya texnologiyaları (YİT) adı altında bu və ya digər obyektin, prosesin və ya hadisənin vəziyyəti haqqında yeni informasiya alınması üçün riyazi üsullardan geniş istifadə etməklə hesablama və kommunikasiya texnikaları bazasında lazım olan bütün vasitələr toplusu başa düşülür.
İnformasiya texnologiyaları daim inkişaf edir. Bu inkişaf aşağıdakı mərhələlərə bölünür:
I mərhələ - 1950-1960 –cı illəri əhatə edir. Bu mərhələni informasiya texnologiyalarının yaranması evolyusiyası mərhələsi adlandırılar. Bu mərhələdə EHM ilə istifadəçi arasında dialoq yalnız proqramlaşdırma dilləri əsasında həyata keçirilirdi.
II mərhələ - 1960-1970-ci illəri əhatə edir. Bu mərhələ Əməliyyat sistemlərinin yaranması xarakterizə olunur.
III mərhələ - 1970-1980-cı illəri əhatə edir. Bu mərhələni informasiya texnologiyasının formalaşması mərhələsi də adlandırırlar. O məlumatların, verilənlərin səmərəli avtomatlaşdırılmasının keyfiyyət dəyişməsi ilə əlaqədardır.
İT inkişafının növbəti mərhələsi 1980-2000-ci illəri əhatə edir. O fərdi kompyuterlərin yaranması ilə xarakterikdir. Bundan başqa bu mərhələ proqram təminatında inqilabi dəyişikliklərlə də xarakterizə olunur. Bu dövrdə verilənlər bazalarının idarə olunma sitemləri, ekspert sistemləri, qlobal kompyuter sistemləri yarandı.
MİT aşağıdakı tərkib hissələrinə malikdir: proqramlaşdırılmış təlim, intellektual təlim, ekspert sistemləri, hipermətn və multimediya, mikrodünya, imitasiya təlimi və nümayiş.

1.3.İnformasiya cəmiyyəti və onun xüsusiyyətləri

İnformasiya Cəmiyyəti, biliyə əsaslanan iqtisadiyyatın inkişafı cəmiyyət  həyatının bir çox sahələrində, o cümlədən insanların düşüncə və davranışlarında ciddi dəyişikliklərə səbəb olmuşdur. Bu dəyişikliklər fonunda həyatboyu öyrənmə- “beşikdən qəbrədək öyrənmə” prinsipi fərd və cəmiyyət üçün mühüm strategiyaya çevrilir. Belə şəraitdə təhsilin rolu xeyli artır- təhsil artıq milli inkişaf və milli təhlükəsizlik strategiyasının mühüm tərkib hissəsinə çevrilir. Qloballaşma prosesləri bir daha göstərir ki, milli təhsil sistemi zəif olan ölkələr qlobal proseslər nəticəsində “müflisləşəcək”, tədricən tarix səhnəsindən silinəcəklər. Türk xalqlarının böyük simalarından olan M. K. Atatürkün təbirincə desək: “Egetimdir ki! Bir milleti ya hürr, bagımsız, şanlı, yüksek bir topluluq halinde yaşadır, ya da milleti esaret ve sefalete terk eder.” Bu kəlam bu gün -qlobal proseslər fonunda, İnformasiya Cəmiyyəti astanasında daha aktual və daha müasirdir.
Son 15 ildə bir çox sahələrdə dünyada tarixən analoqu olmayan intensiv inkişaf gedir, xüsusi ilə informasiya resursları və informasiya industriyası sislilə ilə inkişaf edir. Bu intensiv inkişaf bir çox sahələrə, ilk növbədə isə təhsilə ciddi təsir edir. Deməli təhsilin daxili inkişaf dinamikası dünyanın ümumi inkişaf dinamikasından sürətli olmalıdır. Informasiya Cəmiyyətinin texnologiyaları, o cümlədən Internetin daim artan resurs imkanları təhsilin məzmunu və təşkili formalarına ciddi dəyişikliklər, korreksiyalar edir. Bu günün təhsili - “İnformasiya-Təhsil Məkanı” mühitində reallaşır. Müasir müəllim belə bir informativ mühitdə özünü sərbəst hiss etməli, qoyulmuş konkret pedaqoji məqsədlərə müasir informasiya texnologiyaları vasitəsi ilə asanlıqla nail olmalıdır. Bu vəziyyət müəllimin peşə hazırlığına, onun metodik ustalığına yeni bir komponenti – “informasiya mədəniyyəti” komponentini əlavə edir. Müasir müəllim öz fənnini tədris etməklə yanaşı, həm də təhsil müəssisəsinin mühüm fəaliyyət istiqamətlərində İKT-nin tətbiqi üzrə praktik işləri təşkil etməli, onları əlaqələndirməli və səmərəli idarə etməlidir. Başqa sözlə, müasir müəllim, xüsusən də informatika müəllimi məktəbdə pedaqoji fəaliyyətlə yanaşı, həm də İT üzrə menecer ( İT üzrə inzibatçı) olmalıdır.
Təhsil sistemində müasir İKT-nin tətbiqi bu gün İnformasiya Cəmiyyətinin zəruri tələblərindən, ehtiyaclarındandır. Təhsilin informatlaşması ənənəvi təhsili yeni çalarlarla zənginləşdirir. Ənənəvi təlimdə əks-əlaqənin həyata keçirilməsi baxımından, informasiya-qarşılıqlı əlaqə yaradılmasında 2 fəal tərəf var: öyrədən və öyrənən. İKT əsaslı təlim prosesində isə operativ əks əlaqə baxımından öyrədən və öyrənənin yeni interaktiv tərəfdaşı meydana gəlir. Artıq müəllim şagird üçün informasiya mənbəyi deyil ( belə şəraitdə müəllim işləmək, peşə nüfuzunu qorumaq heç də asan deyil). Müəllimin əks əlaqə yaratmaq, sagirdin biliyini qiymətləndirmək imkanı tədricən məhdudlaşır, bu imkanların bir qismi (bəzən hamısı) İKT vasitələrinə transfer olunur. Bu zaman öyrədən daha çox məsləhətçi-tyutor funksiyası daşıyır. Müəllim şagirdlərinə informasiya ötürülməsinə vaxt sərf etmir. Tədris materialının şagirdlərə nəql edilməsi, fərdi qaydada mənimsənilmiş tədris materiallarının onlardan qəbul edilməsi (tapşırıqlarin yoxlanılması, dərsin soruşulması v.s.) kimi mərhələlərə vaxt itirilmir. Qazanılan əlavə vaxt ərzində şagirdlər digər yaradıcı məsələlərin həllinə imkan qazanırlar. Beləliklə, tədris-informativ qarşılıqlı əlaqənin strukturu tədricən dəyişir, informasiya –təhsil mühiti formalaşdıqca öyrədən, öyrənən və İKT vasitələri arasında yeni səviyyəli informasiya mübadiləsi imkanları yaranır. Nəticədə şagirdlər informasiya proseslərinə daha fəal cəlb edilir, onların yeni bilik axtarmaq və əldə etmək, informasiya resurslarına və proseslərə tənqidi, yaradıcı yanaşmaq, bu əsasda yeni-yeni informasiya resaursları yaratmaq, onları həmkarları ilə mübadilə etmək, layihə formasında əməkdaşlıq etmək, forumlarda müzakirələrə qoşulmaq, öz rəyini bildirmək imkanı yaranır. Beləliklə şagirdlər yaradıcı proseslərə cəlb edilir, tədricən yeni təfəkkürlü, innovativ düşüncəli yeni nəslin formalaşmasına ımkan yaranır.
Bütün bunlarla belə pedaqoji prosesdə hansı vasitələrdən, texnologiyalardan istifadə edilməsindən asılı olmayaraq insan amili, müəllim şəxsiyyəti həlledici rola malikdir, heç bir texnologiya canlı müəllimi tam əvəz edə bilməz. Bununla belə, “ klassik hazırlıqlı müəllim” bu gün virtual mühitdə işləyə bilmirsə, o zamanın inkişafından və öz şagirdlərindən geri qalacaq, tədricən nüfuz və peşəkarlığını itirəcəkdir. Bu səbəbdən müəllim daim inkişafda olmalı, real həyatin tələblərinə cavab verməyə hazır olmalıdır. Bu mənada müəllim hazırlığı dəyişən zamanın, Informasiya Cəmiyyətinin sürətlə dəyişən tələblərinə uyğunlaşmalıdır. Pedaqoji təhsil müəssisələri bu gün yeni formatlı müəllim- Informasiya Cəmiyyətinin müəllimini hazırlamalıdır. Bunun üçün isə pedaqoji təhsil müəssisələrində universitetdaxili informasiya təhsil məkanı formalaşmalı, bu məkanda yüksək peşəkarlıqla işləyə bilən professor-müəllim heyəti formalaşmalıdır. Buna isə on illərlə vaxt və milyonlarla maliyyə vəasiti lazımdır (təbii ki, bu problem pedaqoji təhsil müəssisələrinin daxili imkanları hesabına həll edilə bilməz).
Bu gün pedaqoji kadrlar informasiya təhsil məkanında, təhsilin informatlaşması şəraitində səmərəli işləyə bilməsi üçün, onlar sistemli şəkildə, kompleks hazırlanmalıdır. Müasir müəllim hazırlığının məzmun və forması informasiya texnologiyalarının sürətli inkişafı ilə uzlaşmalıdır. Nəzərə alsaq ki, ümumiyyətlə təhsil sistemi real praktikani qabaqlamalıdır, onda müəllim hazırlığının məzmunu bu günə yox, sabaha yönəlməli, bu sahənin inkişaf perspektivlərini nəzərə almalıdır. Yeni formatlı, innovativ inkişafa istiqamətlənmiş müəllim kadrlarının hazırlanması müvafiq elmi tədqiqatlar, futuroloji proqnozlaşdırma tələb edir.
Belə pedaqoji proqnostika vermək asan məsələ deyil. Çünki, bu gün Informasiya Cəmiyyəti texnologiyaları elə bir sürətlə inkişaf edir ki, real pedaqoji təcrübə və pedaqoji elmlər bu intensiv inkişafla heç cür ayaqlaşa bilmir. Dünya təhsil sistemi belə paradoksal vəziyyətdə inkişaf edir, bu səbəbdən müasir İKT vasitələrinin texniki və didaktik imkanlarından səmərəli istifadə etməkdə bəzən problemlər yaranır. Bu problemlər insan fəaliyyətinin digər sahələrində də ola bilər, lakin təhsil praktikasında özünü daha ciddi büruzə verir. Ona görə ki, təhsil sistemi çox əhatəli, çox şaxəli olub, cəmiyyətin bütün təbəqələrini, regoinlarını, müxtəlif yaş kateqoriyalarını əhatə edir. İnformasiya Cəmiyyətində təhsil fasiləsiz bir prosesdir. Bu sahə daha çox “informasiya tutumlu”dur. Təhsilin məzmununda bəşəriyyətin min illər ərzində topladığı klassik informasiyalarla yanaşı, ən yeni, son məlumatlar, innovasiyalar da öz yerini tutmalıdır.
Təcrübə göstərir ki, peşəkarlığın, innovasiyaların qiymətləndirilmədiyi, ziyalı təbəqəsinin, mütəxəssislərin təşəbbüskarlığının zəif olduğu cəmiyyətlərdə, xüsusən də keçid dövrünü yaşayan ölkələrdə təhsil islahatları, innovasiyaların tətbiqi mümkün olmur.
Belə şəraitdə təhsilin informatlaşması kimi qlobal problemin həlli hər bir milli təhsil sistemi üçün çox ciddi sınaq, bəlkə də tarixi imtahan sayıla bilər. Bu imtahandan çıxa bilməyən milli təhsil sistemlərinin gələcəyi yoxdur, çünki, sənaye dövrünün təhsil sistemi artıq İnformasiya Cəmiyyətində işləyə bilməz, bu sürətli dəyişikliyi görmək və ona adekvat reaksiya vermək zəruridir. Təhsilin informatlaşması problemini həll edə bilməyən ölkələrin milli iqtisadiyyatı, xüsusən də İnformasiya Cəmiyyətinin tələb etdiyi innovasiya yönümlü, elmtutumlu, biliklərə əsaslanan müasir iqtisadiyyatı, peşəkar, yüksək ixtisaslı kadrları, müasir tələblərə cavab verən insan kapitalı olmayacaq.
Bu gün hər bir milli təhsil sisteminin gələcəyi onun informatlaşma səviyyəsindən asılıdır. Millətin gələcəyi təhsildən, təhsilin gələcəyi isə onun informatlaşma səviyyəsindən asılıdır. Ona görə də, inkişaf etmiş ölkələrdə təhsilin informatlaşması təhsilin prioritet məsələsi kimi qiymətləndirilir.

1.4.Təhsilin informatlaşması nədir?
Təhsilin informatlaşması problemindən danışarkən təbii sual meydana çixir: “Təhsilin informatlaşması” nədir? “Təhsilin informatlaşması”, yoxsa “Təhsilin informasiyalaşdırılması” termini daha doğrudur? Məlum olduğu kimi bizim respublikamızda bir çox rəsmi sənədlərdə təhsilin informasiyalaşdırılması terminindən istifadə edilir. 1998-ci ildə Milli Məclisin qəbul etdiyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda kiçik terminoloji xətaya yol verilmişdir. Bir dəfə edilən xırda bir səhvin düzəldilməsi əvəzinə, bu səhvi standart termin kimi qəbul edərək, illərlə bu səhvi təkrar edirik. Hesab edirik ki, təhsilin informasiyalaşdırılması termini məsələnin mahiyyətini tam açmır. İnformasiyalaşdırma sözünün kökünü “informasiya” termini təşkil edir. Informasiyalaşdırma dedikdə informasiya ilə təmin etmək başa düşülür. Əslində məktəbin və təhsilin bir neçə min illik tarixi ərzində təlimin əsas funksiyası həmişə informasiyalaşdırma, yəni tələbə və şagirdləri informasiya ilə təmin etmək olmuşdur. Min illər ərzində müəllimlər müasir anlamda informasiya texnologiyalarından istifadə etmədən şagirdləri söz, yazı və digər primitiv informasiya vasitələri ilə məlumatlandırmış, informasiya ilə təmin etmişlər. “Təhsilin informasiyalaşdırılması” terminini işlətdiyimiz halda, biz təhsil prosesinə nə kimi yenilik gətirmiş olarıq, İnformasiya Cəmiyyətinin hansı özəlliyini əks etdirə bilərik, İnformasiya Cəmiyyətinin hansı texnologoyalarına əsaslanırıq?
“İnformatlaşma” sözünün kökünü isə “informatika” termini təşkil edir. Məlum olduğu kimi informatika elminin 3 mühüm anlayışı var: informasiya, alqoritm, kompyuter. Əgər fikrimizi sadə ifadə etsək, informatlaşma dedikdə təhsil sistemini həm informasiya ilə, həm informasiyanın emalı üsulu (alqoritm) ilə, həm də informasiya emalı vasitələri ilə (kompyuter, proqram vasitələri) təmin etmə başa düşülür. Yəni, təhsilin informatlaşması dedikdə təhsilin həm informasiya ilə təminatı, həm də bu informasiyanı emal edən proqram-texniki qurğularla təminatı başa düşülür. Bu mənada təhsilin informatlaşması daha geniş anlayış olub, təhsilin informasiyalaşdirmasını da öz daxilində saxlayır. Bu amilləri nəzərə alaraq hesab edirik ki, “təhsilin informasiyalaşması” deyil, “təhsilin informatlaşması” ifadəsi daha doğru və dolğundur.
Yuxarıda adı qeyd edilən qanunda da informasiyalaşdırma dedikdə, əslində elə müasir anlamda informatlaşma prosesi nəzərdə tutulur. Sənəddə qeyd edilir ki, informasiyalaşdırma – informasiya ehtiyatlarının formalaşdırılması, təqdim edilməsi, istifadə olunması əsasında ... müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya tələbatlarının ... təmin edilməsində optimal şəraitin yaradılması üçün təşkilati, sosial-iqtisadi və elmi-texniki prosesdir.
Təhsilin informatlaşması barədə söhbət edərkən, ilk növbədə «Təhsilin informatlaşması nədir?» sualına cavab verməliyik. Təhsilin informatlaşması prosesi mürəkkəb, çox sahəli, bir neçə elmin kəsişməsində yerləşən (informatika, informasiya texnologiyaları, kibernetika, sistemli təhlil, pedaqogika, metodika, psixologiya, fəlsəfə, strateji idarəetmə, menecment v.s.), daim inkişafda olan elmi-praktik istiqamətdir

1.5. Kompyuterlərin proqram təminatı
Tətbiqi proqramlar. Kompyuterin proqram təminatı istifadəçinin məsələlərini texniki vasitələr üzərində həll etmək üçün yaradılan, istifadə olunan proqramlar və verilənlərdir.
Texniki vasitələr və proqramlar əslində bir-birindən ayrılmazdır. Proqramsız kompyuter ən gərəksiz bir metal yığımıdır. Texniki təminatsız isə ən sadə proqramı belə çalışdırmaq mümkün deyil.
Proqram təminatının tərkibi çox genişdir.  Bizim yazdığımız proqramlar istifadəçi proqramları adlanır. İstifadəçi proqramları hər hansı tətbiqi məsələnin həllinə yönəldiyindən onlara tətbiqi proqramlar da deyilir.
Hər hansı tətbiqi proqramın həlli üçün yazılmış istifadəçi proqramına tətbiqi proqramlar deyilir. Tətbiqi proqramlar istifadəçinin yazdığı hər hansı bir tətbiqi məsələnin  (tənliyin köklərinin tapılması, əmək haqqınin hesablanması, işçilər haqqında informasiyanın emalı və s.) həllinə yönəlmiş proqramdır.
Proqramlaşdırma dilinin translyatoru tətbiqi proqramı maşın dilinə çevirən proqramdır.
Kompyuterin proqram təminatının tərkibinə digər proqramlar da daxildir.
Sistem proqramları. Proqram təminatının tərkibini iki hissəyə - tətbiqi proqramlara və sistem proqramalarına bölmək olar.
Sistem proqramları:
·        istifadəçi proqramlarını emal edir;
·        istifadəçi və kompyuter arasında əlaqə yaradır;
·        kompyuterin texniki və proqram vasitələrinin işini  uzlaşdırır;
·        Kompyuterdə yaranan xətaları təhlil edir və aradan qaldırmağa çalışır.
Translayatorlar sistem proqramlarına aiddir. Sistem proqramlarının mühüm tərkib hissəsini əməliyyat sistemi təşkil edir. Bildiyimiz kimi əməliyyat sistemi kompyuterin çox vacib funksiyalarını yerinə yetirir. Bu səbəbdən də onu kompyuterin “can”ı adlandırırlar.
Əməliyyat sistemləri imkanlarına, əmrlər sisteminin tərkibinə, texniki vasitələrlə əlaqəsinə görə və s. görə bir-birindən fərqlənirlər.

 Əməliyyat sistemləri

         Kompüterlə istifadəçi arasında əlaqə yaradan işçi proqram əməliyyat sistemi adlanır. Əməliyyat sistemi kompüterin işini idarə edir, qurğuları bir-biri ilə əlaqələndirir, proqramlaşdırma sahəsində proqramların yerinə yetirilməsinə nəzarət edir. Müxtəlif dövrlərdə kompüterlər üçün yaradılmış əməliyyat sistemləri istifadəçilərin müxtəlif sahələrdə tələblərini ödəmiş oldu. Belə əməliyyat sistemlərindən MS-DOS, PC-DOS, UNİX, OS, WINDOWS və s. göstərmək olar.
         1973-cü ildə Henri Kridall personal kompüterlər üşün sadə bir əməliyyat sistemi olan “CP/M”-i yaratdılar.
1975- ci ildə  Bill  Qeys Poll AllenMicrosoft” şirkətini yaratdılar
1980-cı ildə “DOS” əməliyyat sistemini yaratdılar. Microsoft QDOS əməliyyat sisemini pulla aldı.
1981-ci ildə QDOS əsasında “Microsoft MS-DOS” sistemi yaradılir. 1985-ci ildən başlayaraq  WINDOWS sistemləri yaradılmağa başladı. WINDOWS əməliyyat sistemi 1995-ci ilə qədər müxtəlif versiyaları olan 1.0, 2.0, 3.0, 3.1, NT, 3.11 və s.təkmilləşdirilmiş versiyaları ilə istifadəçilərin köməyinə gəldi. WINDOWS–un ən mükəmməl forması 1995-ci ildə yaradılmış WINDOWS-95, 1998-ci ildə yaradılmış  WINDOWS-98, 2000-ci ildə yaradılmış WINDOWS-2000, 2002-ci ildə yaradılmış WINDOWS-XP əməliyyat sistemi oldu. Hal-hazırda əksər kompüterlər WINDOWS-XP əməliyyat sistemi ilə işləyir. Artıq WINDOWS–un təkmilləşmiş formaları olan Kristal, Vista sistemləri də istifadə edilməyə başlanmışdır. Kompüter işə düşən andan əməliyyat sistemi əmrləri daimi yaddaşdan əməli yaddaşa yüklənir. Əgər heç bir problem olmasa kompüterin işə hazır olduğu haqda məlumatı istifadəçiyə bildirir.








  
  
 
  

  
  

Hiç yorum yok:

Yorum Gönder

Sayfalar